İdman, Müsahibə, ZZ-Manşet

“Qəbələdə iki avtoqolun olması təcrübəsizliyin göstəricisidir”

1478169604

Dünən Avropa liqasının qrup mərhələsinin IV turunda cavab oyunları zamanı “Qəbələ”  doğma meydanda “Sent-Etyen”ə 1:2 hesabı ilə uduzub. Oyun haqda idman şərhçisi  Rövşən Binnətli GSR.fm-ə müsahibə verib. O, bildirib ki, böyük turnirlərdə “Qəbələ”nin təcrübəsinin yetərincə olmaması  komandanı nailiyyətlərdən uzaqlaşdırır:

“Qəbələ ümumiyyətlə ardıcıl 4-cü məğlubiyyətə məruz qaldı. Bu oyunların hamısında komanda heyətində meydana çıxan futbolçuların hər biri bacarığını maksimum dərəcədə ortaya qoydu və komandanın uğuru üçün  var gücləri ilə mübarizə apardılar. Bu diqqəti cəlb edən faktdır. Müqayisə üçün məsələn Anderlext Almaniya təmsilçisi ilə görüşdə 6:1 hesabı ilə qələbə qazandı. Ancaq Qəbələ ilə oyunda onlar qalibiyyəti çox çətinliklə əldə etmişdilər. Ümumiyyətlə Qəbələdə bu iki avtoqolun olması müəyyən dərəcədə təcrübəsizliyin göstəricisidir. Amma bütövlükdə  komandanın əzimkarlığını, futbolçuların mübariz kefiyyətlərini ortaya qoyması müqabilində növbəti məğlubiyyət yaşaması mənə pis təsir edir. Hər halda 4 oyundan xal toplamamaq Qəbələnin indiki halda ortaya qoyduğu oyunun qarşılığında bir az ədalətsiz nəticə kimi görünə bilir”.

Şərhçi həmçinin, qeyd edib ki, komandanın bəlkə də fiziki cəhətdən bir problemi yoxdur,amma  psixoloji cəhətdən var:

“Dünən məşqçinin də  çılğın hərəkəti oyuna müəyyən dərəcədə siraət elədi və texniki zonadan uzaqlaşdırılandan sonra  cərimə zərbəsi də qapıya vurulan qolla nəticələndi. İkinci hissədə də çox təəssüf ki,  komandanın kapitanı Rəşad Sadiqovun kobud səhvləri, müdafiədən çıxarkən etdiyi qeyri-dəqiq ötürmələrin nəticəsində artıq neçənci dəfədir ki, qapısında qol görülür. Bərabərlik zamanı elə bir səhvə yol verilməsi, ikinci qolun buraxılması və sonda da oyunun məğlubiyyəti ilə bitdi. Hər halda düşünürəm ki, bundan nəticə çıxarılacaq və qarşıdakı illər üçün komanda böyük turnirlərə hazır olacaq”.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.