İdman, Müsahibə, ZZ-Manşet

“Qəbələnin növbəti xal itkisinə yol verəcəyinə ümid azdır”

rovsen-binnetliBu gün Topaz Premyer Liqada 10-cu turun oyunlarına start veriləcək. Tur çərçivəsində turnir cədvəlində lider olan “Qəbələ” ilə “Neftçi” arasında növbəti oyun baş tutacaq. İdman şərhçisi Rövşən Binnətli oyunla bağlı fikrilərini GSR.fm-lə bölüşüb.

O, qeyd edib ki, “Qəbələ” ilə “Neftçi”nin görüşündən danışarkən ilk oyun yada düşür:

“Bakıda keçirilən oyunda “Qəbələ” 8-0 hesabı ilə qələbə qazanıb və bu “Neftçi”nin tarixində ən acınacaqlı gün idi. Təəssüf ki, paytaxt təmsilçisində bu gerilik hələ də aradan qalxmayıb. Komanda daxilində aparılan dəyişikliklərə, baş məşqçinin əvəzlənməsinə baxmayaraq yenə də uğurlu çıxış etmir. “Neftçi” hazırda 7-ci pillədə qərarlaşıb və yavaş-yavaş da 6-cı pillədəki yəni, ən yaxın rəqibi ilə xal fərqi artmağa başlayır. “Qəbələ” isə son iki oyunda çox mühüm xallar itirdi. Bu iki oyunda itirilən 4 xal “Qəbələ”nin ən yaxın izləyiciləri ilə olan xal fərqinin azalmasına səbəb olub. Buna görə, Qəbələnin 3-cü oyunda növbəti xal itkisinə yol verəcəyinə ümid azdır. Bu görüşdə Qəbələnin şansı çox yüksəkdir. Hesab edirəm ki, bu görüş Qəbələnin qalibiyyəti ilə yekunlaşacaq.

Rövşən Binnətli əlavə olaraq bildirib ki, oyunun gedişindən asılı olaraq Cavid Hüseynov meydana buraxıla bilər:

“Sumqayıtla oyunda son və artırma dəqiqələri də nəzərə alsaq təxminən 10 dəqiqə meydanda oldu. Hər halda baş məsqçi Cavidi  hazır bilməsəydi oyuna buraxmazdı. Görünür, müəyyən hazırlığı var . Düşünmürəm ki, əsas heyətdə olsun. Amma “Neftçi” ilə oyunda ola bilsin ki, 8-10 dəqiqə yox, təxminən 20-30 dəqiqə meydana çıxa bilər. Bu daha çox oyunun gedişindən asılı olacaq. Məsələn, “Qəbələ” “Neftçi” ilə oyunda 2 top fərqi ilə öndə olsa o zaman təbii ki, bu cür eksperimentlərə getmək olar. “Qəbələ” həmçinin Avro kubok oyunlarını düşünür. Noyabr ayının 3-ü “Qəbələ” “Sent Etiyen”lə qarşılaşacaq və buna görə heç bir boşluğa yol vermək olmaz. Ardıcıl iki heç-heçə komandada özünə inamı azalda bilir. Bu səbəbdən  Qriqorçuk eksperimentlərdən maksimum dərəcədə qaçacaq”.

 

Öncəki xəbərNövbəti xəbər