P.S, Xəbəriniz olsun, Z-Manset

Qədim dünya möcüzələri haqqında maraqlı faktlar - Xəbəriniz Olsun

Əslində dünyanın 7 möcüzəsi olsa da, onlardan yalnız biri saxlanılıb. Xoşbəxtlikdən, bütün dünyada bir neçə dənə bu möcüzələrin nümunələrini tapmaq olar. Ona görə də biz onların çoxunun necə görsəndiyini təqdim edə bilərik. Bu şəkillərə baxanda onların nəyə görə dünyanın möcüzəsi sayıldığı aydın olur. Qədimdə onların çoxu indiki Roma, Yunanıstan və Efiopiya ərazilərində yerləşib.

10. Xeops ehramı b.e.ə 2584-2561
10. Xeops ehramı
b.e.ə 2584-2561

Dünyanın 7 möcüzəsindən  yalnız bu indiki dövrümüzə qədər qorunub saxlanılır. Baxmayaraq ki, siz ona bu gün də baxa bilərsiniz, amma onun ilk görünüşünü görmək sizə nəsib olmayacaq. Bütün ehram ağ əhəngdaşından olan cilalanmış plitələrdən düzəldilib və günəş altında işıq saçıb. Təəssüf ki, 1300-cü ildə baş verən zəlzələ nəticəsində plitələrin əksəriyyəti öz möhkəmliyini itirib və onlar məscidlərin tikintisi üçün  müsadirə olunub.

9. İştar darvazası b.e.ə 575
9. İştar darvazası
b.e.ə 575

Babilistanda daxili şəhərin səkkizinci darvazası olan İştar dünyanın 7 möcüzəsi siyahısına daxil ola bilib. Həmin divarın bir hissəsi bu günümüzə qədər gəlib çıxıb, qalan hissəsi isə bərpa olunub. 1930-cu illərdə Berlində İştar darvazasının orijinal forması əsasında bir nümunəsi inşa edilib. Məhz həmin darvaza şəkildə əks olunub. Nümunə həqiqətən də möhtəşəm görsənir və əgər onu bərpa olunmuş divarda yerləşdirsəydilər, İştar darvazası heç şübhəsiz müasir dünya möcüzələri siyahısına da daxil olardı.

8. Artemida məbədi b.e.ə. 550 - b.e 262
8. Artemida məbədi
b.e.ə. 550 – b.e 262

Bu şəkildə yenidən bərpa olunmuş Zevsin qızının şərəfinə tikilmiş (romalılarda bu Diana hesab olunur) Artemida miniatürü əks olunub. Məbəd 3 dəfə yenidən tikilib, amma sonda qotların basqını nəticəsində tamamilə dağıdılıb və qalıqları yandırılıb. Təəssüf ki, bizim eramıza qədər xarabalıqdan düzəldilmiş yalnız bir sütun qorunub.

7. Olimpdə Zevsin heykəli b.e.ə 425 – b.e V-VI
7. Olimpdə Zevsin heykəli
b.e.ə 425 – b.e V-VI

Yunanların baş allahı Zevsə həsr olunmuş bu nəhəng heykəl məbəddə yerləşir. Heykəl o qədər böyük ölçüdə idi ki, Zevs ayaq üstündə olsaydı, məbədin tavanını dağıdardı. O tamamilə fil sümüyündən və qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Ona görə də bu heykəlin nə qədər müddətə hazırlandığını təsəvvür etmək mümkündür. Belə ki, heykəlin itdiyi ya da məhv edildiyi tam olaraq məlum deyil. Çox güman ki, heykəl məbəd tərəfindən yandırılıb.

6. Halikarnas mavzoleyi b.e.ə 351 – b.e 1494
6. Halikarnas mavzoleyi
b.e.ə 351 – b.e 1494

Şəkildə Vaşinqtonda yerləşən Məbəd Evi (House of the Temple) əks olunub. Burada “Qədim və qəbul olunmuş şotland Masson nizamnaməsi” ( Scottish Rite of Freemasonry) yerləşir. Qısa desək, buraya massonlar yığışır. O xüsusi olaraq elə tikilib ki, məhz itmiş Halikarnas mavzoleyinə bənzəsin. Mavzoleyin özü Kariya (indiki Türkiyə) qubernatoru Mavsolun şərəfinə inşa edilib. Həmin məqbərə o qədər gözəl idi ki, onun adından “mavzoley” sözü yarandı. Mənası “yerüstü məzarlıq” deməkdir. Və əlbəttə ki, sonda baş vermiş zəlzələ onu tamamilə dağıtdı. Şahlar da mavzoleydən qalan daşları öz qəsrlərinin möhkəmliyi üçün istifadə etdilər.

5. Rodoslu Koloss b.e.ə 292/280 – b.e.ə 226
5. Rodoslu Koloss
b.e.ə 292/280 – b.e.ə 226

Siz yəqin təəccübləndiniz ki, Azadlıq heykəlinin bura nə aidiyyatı var? Ona görə ki, bu heykəlRodoslu Kolossun orijinal forması əsasında tikilib (yəni, o dövrdə yaşayan insanların təsvir etdikləri əsasında). Azadlıq heykəli ən azından Kolossun nə qədər nəhəng olma təsəvvürünü yarada bilir. Qədim zamanlar üçün bu əsl möcüzə idi. B.e.ə. 226-cı ildə Rodosda baş vermiş zəlzələ heykəli aşırtdı. Və o 800 il yerdə qaldı. Sonda müsəlman fateh heykəlin qalıqlarını avropalı tacirə satdı. O tacir də qalıqların hissələrini satdı.

4. İsgəndəriyyə mayakı b.e.ə 1303 – b.e. 1480
4. İsgəndəriyyə mayakı
b.e.ə 1303 – b.e. 1480

Şəkildə tamamilə eynisi olan Çində baxa biləcəyimiz İsgəndəriyyə mayakı əks olunub. Orijinal mayak Faros adasında yerləşirdi və xüsusi olaraq elə inşa edilib ki, dənizçilər İsgəndəriyyə limanına rahat daxil ola bilsinlər. Digər möcüzələr kimi bu da zəlzələ nəticəsində dağılıb.

3. Obeliks Aksum b.e. IV əsr
3. Obeliks Aksum
b.e. IV əsr

Obeliks Aksum bu siyahıya daxildir və o həqiqətən də dünyanın möcüzəsi hesab olunur. Amma ola bilsin ki, Efiopiya uzaq yer olduğu üçün yaxud tursitlərə yalnız 7 möcüzə haqqında məlumat verildiyi üçün onun haqqında demək olar ki, danışılmır. Obeliks dəfn üçün tikilib. 1937-ci ildə Efiopiyanı ələ keçirən faşistlər onu Romaya aparıblar. 2005-ci ildə artıq Efiopiya və İtaliya arasındakı münasibətlər qaydasına düşəndən sonra yerinə qaytarılıb.

2. Kolizey b.e. 70-80-ci illər
2. Kolizey
b.e. 70-80-ci illər

Bu şəkildə Kolizeyin 1349-cu ildə baş vermiş zəlzələdən qabaqkı görünüşü əks olunub. Zəlzələdən sonra bu yer dini təriqətlərə aid mərasimlər keçirmək üçün istifadə olunub. Hətta bəzi ailələr üçün qəbirstanlıq rolunu da oynayıb. Müəyyən zaman ərzində onun daşlarını qopardıb digər tikililərin inşasında istifadə ediblər.

1.Roma hamamları (termlər) b.e.ə. 836-cı il
1.Roma hamamları (termlər)
b.e.ə. 836-cı il

Vaxtından tez məhv olunmuş məşhur Roma hamamları Somersetdə (İngiltərə) yenidən bərpa olunub. Adı çəkilən digər möcüzələrdən fərqli olaraq Hamamlar indi də tarixi bina kimi fəaliyyət göstərir. Hamamlar VI əsrdə dağıdılıb. Onun bəzi hissələri yenidən bərpa olunub, son düzəlişlər isə 1800-cü illin axırlarında tamamlanıb. Əslində, Hamamlar Britaniya kralı Bladud tərəfindən inşa edilib. B.e. I əsrində romalılar Hamamların dizaynına dəyişiklər etməyə başlayıblar.

Hazırladı: Rəna Hüseynova
Mənbə: wowfacts.net

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.