İsti yay günlərindən birində yolum Azərbaycanın “Qərb qapısı” sayılan Qazaxdan düşdü. Qazax rayonu respublikanın qərb hissəsində yerləşir. Rayonun mərkəzindən Ağstafaçay, şimal-qərbdən İncəsu, qərbdən Coğaz, şimal sərhəddi boyunca isə Kür çayı keçir. Rayonun cənub hissəsi isə alçaq dağlardan ibarətdir. Ən hündür yüksəkliyi “Odun” dağıdır. Məşhur “Göyəzən”, “Avey” dağları, “Damcılı” mağarası da bu rayonun ərazisindədir.
Avey dağı Gürcüstanla Qazax rayonu arasında yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biridir. İlkin arxeoloji tədqiqatlar zamanı Avey dağında daş dövrünə aid 30-a yaxın mağara aşkar olunub. İbtidai insanlar bu təbii mağaralardan yaşayış yeri kimi istifadə ediblər.
Əzəmətli Avey dağını daha da cəlbedici edən buradakı Damcılı mağarasıdır. 1953-cü ildə tapılan Damcılı mağarası Azərbaycanın ilk yaşayış məskənlərindən biridir. Arxeoloqlar buradan qədim əmək alətləri və silahlar aşkar ediblər. Həmin alətlər Üst Paleolit dövrünə aid edilir.
Ətrafı gəzdikcə göz oxşayan təbiətin şahidi oluram. Həm mənzərəsi, həm də tarixiliyi ilə hər kəsi valeh edən Damcılıda insanların istirahəti üçün şərait də yaradılıb.
Damcılı mağarası həm də özünün Damcılı bulağı ilə məşhurdur. Bura ümumi hündürlüyü min metrə çatan nəhəng qayalar arasından süzülən, buz kimi soyuq su damcılarına görə “Damcılı bulağı” adlandırılıb. Azərbaycanın xalq şairi Səməd Vurğun Damcılını dünyanın səkkizinci, Azərbaycanın isə birinci möcüzəsi adlandırıb.
Damcılı mağarasının yanında “Məmməd Koxa” bulağı da var. Bulaq 1914-cü ildə general qubernator Məmməd Mahmudov tərəfindən dağın döşündən yerin altı ilə çəkilib.
Təmiz olduğu üçün Daş Salahlı kəndinin sakinləri bulağın suyundan həm içirlər, həm də məişətdə istifadə edirlər.
Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən qədim Alban məbədini də ziyarət etməyi unutmuram. Alban məbədi yerdən 922 metr məsafədədir. Yerli əhali buranı “Xaç” məbədi adlandırır.
İki otaqdan ibarət olan məbəd yerli Avey daşından inşa edilib. Məbədin mehrabının tavanında xaç işarəsi cızılıb.
Məbədin yanında daha bir tarixi tikili diqqətimi cəlb edir. Bu, burada yaşamış insanların dini inanclarını əks etdirən Ay məbədinin qalıqlarıdır. “Avey dövlət tarix-mədəniyyət qoruğu”nun direktoru Səadət Əliyeva memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlının fikrinə əsasən deyir ki, “Burada eradan əvvəl yaşayış olub. Bunun əsas səbəbi isə buranın təbii coğrafi şəraitinin olmasıdır. Oturaq həyat tərzi keçirən insanların dini inancları olub. Onlar əvvəlcə aya və günəşə sitayiş ediblər və məbəd ucaldıblar. Xristianlıq yarandıqdan sonra isə bu məbədi söküb yerində xristian yəni, Alban məbədini tikiblər”.
Məbədin aşağı hissəsi isə bütövlüklə mağaralardan ibarətdir. Mağaraların girişləri dairəvari və kiçikdir. İçəri hissəsi ayrı-ayrı otaqlardan ibarətdir. Məbədin keşiçisinin dediyinə görə, mağaraların içi əhəngdən olduğu üçün ibtidai insanlar ocaq qalayaraq otaqları mağaraları süni şəkildə böyüdüblər.
Əgər sizin də yolunuz nə vaxtsa Qazaxa düşsə Aveydağ silsiləsini mütləq ziyarət edin.
Hazırladı: Sona Abdullayeva
home loans for bad credit my quicken loans login avant loans sba loans betsy devos student loans contempt
debt consolidation loans quicken loans student loans upgrade loans upstart loans
https://paydailoanz.com/# – great lakes student loans
http://forum.digilyze.info/viewtopic.php?f=2&t=844636&p=1197904#p1197904
https://elminuto.cl/no-tenemos-complejos-en-llamarnos-derecha/?unapproved=19472&moderation-hash=4d081f4b0900128fdc1abaf737e5c9ce#comment-19472
https://bajanwed.com/celestial-coastal-wedding-inspiration/?unapproved=1539919&moderation-hash=67bc767955df580a3e8ca0dd39813f9f#comment-1539919
http://www.alcohol-injection.com/forum/showthread.php?t=413204&p=1733874#post1733874
http://chludowo.pl/dzien-chleba-u-tygrysow/?unapproved=423704&moderation-hash=ede44280edf93a872b48df4803e79a2b#comment-423704