Müsahibə, Siyasət, ZZ-Manşet

“Qərb ölkələri inkişafı təhsildə görürlər”

Untitled-1

Avropalı olmayan şəxsləri Avropa Universitetlərinə tələbə, tədqiqatçı və ya təcrübəçi olaraq cəlb etmək üçün mövcud qaydalara yeni düzəlişlər edilib. Bu barədə politoloq Qabil Hüseynli GSR.fm-ə müsahibə verib. O bildirib ki, dünya zəkaya, elmə böyük diqqət yetirir:

“Mən burada təhlükəli bir şey görmürəm. Zəkaya diqqət yetirən ölkə də bütün parametrlərdə udur. Mən ilk dəfə Almaniyanın miqrasiya haqqında qanununda belə bir müddəanı oxudum ki, həmin ölkənin ali məktəblərini fərqlənmə ilə bitirən şəxslər Almaniyada qala bilər, vətəndaşlıq ala bilər, işlə, hətta evlə təmin olunmaq barədə də vədlər verilirdi. Bu gün baxmayaraq ki, miqrasiya haqqında qanunlar biraz sərtləşdirilib, yenə də zəkaya elmə diqqət yetirir. Demək istəyirəm ki, qərb ölkələri öz inkişaflarını təhsilin və elmin yüksək inkişafında görürlər. Yəni, qərb ölkələrinin çoxunda bu cür savadlı və intellektual şəxslərə diqqət var. Xarici universitetlərdə oxuyan tələbələr də o ölkəyə uyğunlaşmağı bacarmalıdırlar. Zəkalı, yüksək hazırlıqlı ola bilərlər. Amma öz mental xüsusiyyətlərindən çıxış edərək həmin ölkə üçün müəyyən problem yaradırlarsa, o ölkə onlarla vidalaşır”.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.