İqtisadiyyat, ZZ-Manşet

Qeydiyyata alınan hüquqi şəxslərin sayı açıqlandı

vergiler-nazirliyi-3Cari ilin altı ayında qeydiyyata alınmış 5042 hüquqi şəxsin 945-i dövlət mülkiyyətinə aiddir. Ölkədə müəssisə və təşkilatların sayı artmaqda davam edir.

GSR.fm Anspress-ə istinadən xəbər verir ki, bu müddət ərzində 5042 hüquqi şəxs qeydiyyata alınıb. Onlardan da 945-i dövlət mülkiyyətinə, 4097-si xüsusi mülkiyyətə aid olub. Xüsusi mülkiyyətə malik olan müəssisələrin 279-u tam xarici investisiyalı, 71-i isə birgə müəssisədir. Yeni müəssisələrin 47,8 faizi Bakıda, 11,6 faizi Aran, 8,6 faizi Lənkəran, 8,1 faizi Abşeron iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin yanvar-iyun aylarında 38581 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.