Xəbəriniz olsun, ZZ-Manşet

Qeyri-adi səbəblərə görə qadağan olunan filmlər - Xəbəriniz Olsun

Bəzi filmlər var ki, izləyicilərin ixtiyarına buraxıldıqdan bir müddət sonra həmin filmlərin izlənilməsi müxtəlif ölkələrdə qadağan edilib. Bu filmlərin qadağan olunma səbəblərini oxuyanda təəccüblənəcəksiniz.

“Avatar”

avatar

“Avatar”-ın kinoteatrlara gəlməsinə əvvəlcədən qarşı olan Çin höküməti, filmi 3D ölçülü ekranlar  olmadan izləməyə icazə verməyib. O zamanlar  Çində 3D göstərən kinoteatr olmadığından, həmin filmin ölkədə kinoteatrlara girişinə qadağa qoyulub.

“2012”

2012-portabletvjpg-728x728

Maya təqviminə görə 2012-ci ildə qiyamətin qopması   mövzusunda  çəkilən film Şimali Koreyada qadağan edilib. 2012-ci ilin  ölkənin yaradacısı Kim II Sungun 100 illliyi ilə üst-üstə  düşdüyünü qəbul edə bilməyən Şimali Koreya höküməti filmi qadağan etməyə məcbur olub.

“E.T.”

ET

Yadplanetli xarakteri canlandıran  E.T.  buruq sifətli, cüzzamlı səs tonuna sahib olduğuna, böyükləri  uşaqların düşmanı kimi təqdim etdiyinə və filmi izlədikdən sonra uşaqların təsirlənib qorxacaqlarına görə Norveç və Finlandiyada 12 yaşdan kiçik uşaqların E.T. filmini izləməsi qadağandır.

“9-cu bölgə”

9-cu bolge

İrqçilik edilərək  insanların siniflərə bölünməsinə, mərhəmətsiz və şiddətlə dolu olduğuna  görə bu film Cənubi Afrika və Nigeriyada qadağan edilib.

“Gələcəyə dönüş”

geleceğe-donus

Zamanda geriyə səfər etməsinə, tarixi yenidən yazan xarakterlərə yer verməsinə görə bu film Çində qadağan olunub.

“Simpsonlar”

the-simpsons

İngiltərə, Myanmar, Amerika, İran, Almaniya, Avstraliya, İsveçrə kimi bir çox ölkələrdə Yaponiyada baş vermiş nüvə fəlakətləri ilə lağ etməsi, mədəniyyətlərinə zərər verməsi  və insanlar yaxşı nümunə olmadığı  üçün qadağan edilib.

“The Matrix Reloaded”

The-Matrix-Reloaded-

Film qəhrəmanı olan Neonun Tanrı ilə söhbətindən narahat olduğunu bildirən Misir höküməti dini dəyərlərə zidd olduğu üçün bu filmə qadağa qoyub.

Mənbə: trend.mynet

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.