İqtisadiyyat, ZZ-Manşet

Qırğızıstanda Azərbaycanın şəkər tozu satılacaq

saxarin-qendQırğız Respublikası baş nazirinin birinci müavini Tayırbek Sarpaşev Bişkekdə keçirdiyi mətbuat konfransında Azərbaycanla ticarət əlaqələrdən də danışıb.

T.Sarpaşev deyib ki, Qırğız Respublikası Azərbaycandan 10 min ton şəkər tozu alacaq. Onun sözlərinə görə, artıq Azərbaycan hökuməti ilə danışıqlar aparılıb və şəkər tozunun alınması ilə bağlı müqavilə də imzalanıb.

7/24news AzərTac-a istinadən xəbər verir ki, Sarpaşevin sözlərinə görə, şəkər tozunun bir kiloqramı Qırğızıstan bazarında 45 som ( 1 som 0.015AZN olmaqla 65 qəpiyə) olacaq ki, bu da bazar qiymətlərindən 15-20 faiz aşağıdır. Elə bilirəm ki, iki həftədən sonra artıq Qırğız bazarında Azərbaycandan gətirilmiş şəkər tozu satılacaq.

Baş nazirin birinci müavini qeyd edib ki, şəkər tozu ilə məşğul olan bəzi şirkətlər yay aylarında onun bir kiloqramını 60-70 soma qaldırırlar. Artıq bu mümkün olmayacaq və bu məhsulun qiyməti sabit qalacaq.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.