Siyasət, Xəbərlər, ZZ-Manşet

Qırğızıstanda referendum başa çatıb

qirqiz-secki-1

Bu gün Qırğızıstan Konstitusiyasına düzəlişlər edilməsi ilə bağlı  keçirilən ümumxalq səsverməsi (referendum) yerli vaxtla saat 20.99-da (Bakı vaxtı ilə 18.00)  başa çatıb.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

İndiyə qədər səslərin  38,15 faizi sayılıb, seçicilərin 79,7 faizinin Konstitusiyaya düzəlişlərin lehinə, 15,2 faizinin əleyhinə səs verdiyi məlum olub.

Qeyd edək ki, bundan əvvəl Qırğızıstan MSK-nın sədri Nurjan Şayldobekova seçicilərin 80 faizə yaxınının Konstitusiyaya düzəlişlərin lehinə səs verdiyini bildirib.

Öncəki xəbərNövbəti xəbər