İdman, Müsahibə, ZZ-Manşet

“Qış fasiləsindən sonra başqa “Neftçi” görəcəyik”

neftci

Ölkə çempionatında bir sıra məğlubiyyətlər əldə etmiş “Neftçi” bəzi oyunçuları əsas heyətdən uzaqlaşdırıb.

İdman şərhçisi Şəmsəddin Abbasov bu haqda GSR.fm-ə müsahibə verib. O, öz müsahibəsində bildirib ki, ümumilikdə komanda islahatlara başlayacaq:

“ “Neftçi”nin əvvəlki vəziyyətini bərpa etmək üçün bir çox şeyə ehtiyac var. Komanda da yavaş-yavaş bu dəyişikliklər baş verir.  Beş oyunçu ehtiyat komandaya göndərildi. Bunlardan çoxu legionerlərdir. Komandanın yeni baş məşqçisi jurnalistlərə müsahibəsində bildirib ki, yeni ildən sonra yəni, qış fasiləsindən sonra tamam başqa “Neftçi” görəcəyik. İndiki “Neftçi”nin heyətində olan futbolçular yüksək təhlükəli oyunlarda mübarizə aparmaq üçün yararlı deyillər. Bunu artıq həm nəticələr, həm də oyunlar sübut etdi”.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.