İqtisadiyyat, ZZ-Manşet

Qızıl kritik müqavimət səviyyəsində

qizilBeynəlxalq bazarlarda qızılın unsiyasının qiyməti, dünən ABŞ-ın Mərkəzi Bankının (Fed) toplantısının protokollarında faizlərin aşağı qalmada davam edəcəyinin ifadə edilməsinin ardından analitiklərin kritik müqavimət səviyyəsi olaraq xarakterizə etdikləri 1330 dollar səviyyələrinə yüksəldi.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, dünən günə 1319,15 dollar səviyyəsindən başlayan qızılın unsiya qiyməti Fed yığıncaq protokollarında təhvil alış proqramının oktyabr ayında başa çatdırılacağı, ancaq faizlərin aşağı qalmada davam edəcəyinin ifadə edilməsinin ardından 1332,04 dollara qədər yüksəldi.

Analitiklər, protokollarda Komitənin üzvlərinin iqtisadiyyatın uzun  bir müddət dəstəklənməsinə davam ediləcəyi barədə fikirlərinin və Orta Şərqdə yaşanan gərginliyin qızıl qiymətlərini dəstəkləyən ünsürlər olduğunu ifadə edirlər.

Texniki olaraq qızılın unsiya qiymətində 1330 dollar səviyyəsinin kritik müqavimət olduğunu ifadə edən analitiklər, bu səviyyənin qırılması vəziyyətində 1350 dollara yüksəlməsinin mümkün olduğunu təxmin edirlər. Analitiklər, aşağı istiqamətli hərəkətlərdə isə qızılın unsiya  qiymətində 1311 dollar səviyyəsinin güclü dəstək mövqeyində olduğunu yazırlar.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.