İqtisadiyyat, ZZ-Manşet

Qlobal ərzaq qiymətləri düşür

yemek-570x340Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd təsərrüfatı Təşkilatı (FAO) dünya miqyasında ərzaq qiymətlərinin – süd məhsulları, taxıl, şəkər, ət  və bitki mənşəli yağ qiymətlərindəki enişin May ayı daxil ardıcıl  iki ay  aşağı düşdüyünü  açıqlayıb.

GSR.fm-in Marja-ya istinadən verdiyi xəbərə görə, FAO tərəfindən hazırlanan qlobal ərzaq qiymətləri indeksi 207.9-a geriləyərək Aprel ilə müqayisədə  1.2%  aşağı düşüb.

FAO-nun ərzaq qiymətləri indeksi taxıl, yağlı toxumlar, süd məhsulları,  ət və şəkər tozu qiymətlərindəki aylıq dəyişiklikləri izləyir. FAO Apreldə qida qiymətlərinin, Çin və Rusiyadan alışların azalması və anbarlardakı artıma bağlı olaraq süd məhsulları qiymətlərində müşahidə olunmuş  sərt eniş səbəbilə gerilədiyini açıqlamışdı. Qlobal qida qiymətləri indeksi Apreldə 209.3 bal səviyyəsində açıqlanmışdı.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.