Bloq, P.S, ZZ-Manşet

Qoca alman, ali irq Berti Foqts - Bloq

alim_elbrusBir necə il öncə Azərbaycan millisinin oynadığı futbol bu gün oynadığı futboldan demək olar ki, fəqrlənmirdi. Çox adam düşünürdü ki, AFFA prezidenti dəyişsə, millinin də üzü güləcək. Həmin söhbətin üstündən bir neçə il keçib. AFFA-nın prezidenti dəyişib. Eyni zamanda millinin baş məşqçisi də bir vaxtlar fitə və daşa basılan azərbaycanlı Şahin Diniyev deyil. Gəldiyi gündən “salla başını, al maaşını” prinsipi ilə yaşayan, qoca alman – Berti Foqtsdur. Baş məşqçi hər dəfə məğlub olanda gəncləşirik deyib yola verir. Gəncləşəndə nə olar, adam qələbə qazanmaq bir yana, belə futbol oynayar? İşin maraqlı tərəfi isə odur ki, o vaxt Şahin Diniyevi az qala Azadlıq meydanında dərisini soyacaqdılar, amma bu almana gözün üstə qaşın var deyən belə yoxdur.

Adam almandır. Hitlerin də dediyi kimi ali irqdir. Olsun, nə deyirəm, amma heç olmasa bu qara camaatı da düşünmək lazımdır. Axı, Azərbaycan azarkeşlərinin heç olmasa “Qol” deyib sevinməyə haqqı var. Qara camaat olanda nə olar ki?! Bunun bir də qapçı məsələsi var. Deməli, o vaxt Canagir Həsənzadə varıydı, indi də var. Onun qapıçı olub-olmaması millinin oyunlarında hiss olunmurdu, gələn vururdu, gedən vururdu, Şahin kimi Canahgiri də daşa basıb, yerdən yerə vururdular. Onlar da çox rahatlıqla bu tənqidləri qəbul edirdlər. İndi isə nə Bert Foqt nə də onun yetirmələri əvvəlki kimi tənqid olunur. Olunsalar belə bu tənqidi qulaq ardına vururlar.

Gələk son mövzuya, 6-0 uduzmaq, bu Azərbaycan üçün yeni bir şey deyil, amma Baş məşqçi oyundan sonra deyir ki, bu şərtlərdə davam edə bilmərik. Əslində, düz deyir. Niyə də deməsin?! Bir ay üçün filan qədər maaşı alıb, istədiyi vaxt Almaniya-Azərbaycan istiqamətində hərəkət edən, keyfinə düşəndə klubların oyununa baxmağa gələn, millini “gəncləşdirən”, milləti ələ salan, öz ölkəsində bir işə yaramadığından Azərbaycan kimi futbolda iddiası olmayan millidə işləyən qoca alman bunu niyə də etməsin? Foqts da gedəcək, amma getdiyi günə qədər bu formada Azərbaycanı ələ salmağa davam edəcək.

Müəllif: Alim Elbrus


Yazılan fikirlər müəllifin şəxsi mülahizələridir, redaksiya bu fikirlərə görə, məsuliyyət daşımır.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.