Sosial, Z-Manset, ZZ-Manşet

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub

sel

Sentyabrın 2-də saatlarında şimal bölgəsinə yağan güclü yağış nəticəsində sıradan çıxan Quba-Xınalıq yolunda problem aradan qaldırılıb.

GSR.fm APA-ya istinadən məlumat verir ki, yolun 36-37-ci km-də selin dağıtdığı yolda avtomobillərin hərəkəti bərpa olunub. Yolun 57-ci km-nə qədər olan hissəsində olan problemlərdən aradan qaldırılıb. Güclü sel səbəbindən qəzalı vəziyyətə düşən Quba-Xınalıq yolunun 29-cu və 36-cı km-də yerləşən körpülər də təmir edilib.

Qeyd edək ki, sentyabrın 2-də gecə saatlarında şimal bölgəsinə yağan güclü yağış nəticəsində Quba-Xınalıq yolunun bağlanması nəticəsində 7 kəndlə əlaqə kəsilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.