Reportaj, ZZ-Manşet

Qubernator xanımı üçün salınan park - Reportaj

Bakı parkları içərisində öznəməxsus tarixi ilə seçilən bağlardan biri, əsası 1830-cu illərdə qoyulan Filarmoniya bağıdır.

Bu bağ salındığı ilk vaxtlar Qubernator bağı kimi adlanır. Buna səbəb bağı XIX əsrin əvvəllərində Bakının komendantı Roman Romanoviç Hovenin təşəbbüsü ilə salınmasıdır. XIX əsrin 60-70-ci illərində bağa giriş üçün  müəyyən  məhdudiyyət qoyulur. Yüksək vəzifəli şəxslər və neft milyonçuları istədikləri vaxt bu bağda istirahət etdikləri halda, sadə şəhərlilər həftədə yalnız bir dəfə bu bağa girə bilirdilər. İndi isə 4.5 hektar əraziyə malik olan bu bağda sosial vəziyyətindən asılı olmadan hər bir kəs istirahət edə bilər.

flarmoniya

Filarmoniya bağına səfərimizdə həmsöhbətimiz uşaqlığı bu məkanda keçən şəhər sakini Cəlal Musayev oldu. O, Filarmoniya bağının salınmasına səbəb olan hadisə barədə bizə məlumat verərək bildirir ki, qubernatorun həyat yoldaşı eyvana çıxdıqda görür ki, hava çox istidir. Lənkərandan və İrandan Bakıya  gələn sahibkarlara bu bağ üçün qara torpaq gətirməyi tapşırır. Tapşırığı yerinə yetirməyənlər isə cərimələnirlər. Bunu görən qubernator dünyanın hər yerindən bağban gətirib müxtəlif ağaclar əkdirir.

icheri_gedim_39

Onun sözlərinə görə, Filarmoniya binasının qülləsi əvvəllər 2 nömrəli musiqi məktəbi olub. Cəlal Musayev də bu məktəbdə Böyükağa Sadıqovdan dərs alıb. Uşaqlıq xatirələrini bizimlə bölüşən Cəlal Musayev indiki fəvvarənin yerində əvvəl kiçik gölməçənin və gölməçənin ətrafında 12 qurbağa, ortasında isə dolça ilə su tökən qız heykəli olduğunu deyir. O, bildirdi ki, 1960-cı illərdə bu bağ dəmirlərlə əhatələnmişdi. Burada  Bağın dəyişilməsindən təəssüflə danışan Cəlal Musayev gənc vaxtlarında  ağacların daha çox olmasını  deyir. İndi isə həmin ağaclar kəsilib.

flarmoniya1

Digər həmsöhbətimiz  olan Dilarə Yadigarova isə əvvəllər burda belə gözəllik olmadığını deyir. Onun da uşaqlığı bu məkanda keçib. Onun bildirdiyinə görə, Filarmoniyadan konsertdən çıxanlar buralarda gəzişirdilar. Burda istixana da olub. Həmin istixanada həm kiçik heyvanları saxlayıblar, həm də Bakı üçün ənənəvi olmayan ağaclar əkilib.

baku1

Bakının keçmişi ilə sıx bağlı olan Filarmoniya bağının  bədii tərtibatı hər zaman diqqətdə saxlanılıb. Bağda ilk dəfə ötən əsrin 70-ci illərində abadlıq işləri aparılır, bağda şam, tut ağacı, qarağac, akasiya və digər yerli ağaclarla yanaşı, xarici ölkələrdən də gətirilmiş ağaclar əkilir.

2007-ci ildə prezident İlham Əliyev bağa gələrək yenidənqurma işlərinin aparılması üçün bir sıra tapşırıqlar verir. Aparılan abadlıq işləri nəticəsində orijinal formada fəvvarə, pavilyon və köşklər yenidən qurulur, süni suvarma sistemi quraşdırıldıqdan sonra yaşıllıq zolağı artırılır.

Mənbə: 724news.az

Öncəki xəbərNövbəti xəbər

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.