İdman, ZZ-Manşet

Qurban Qurbanovdan legioner limitini pozmasına münasibət

qurban qurbanov“Topaz Premyer Liqasının açılış turu idi. Oyunun 59-cu dəqiqəsində futbolçu dəyişikliyi yerinə yetirən zaman texniki səhv baş verdi”.

Bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

GSR.fm APA-ya istinadən xəbər verir ki, “Qarabağ” çempionatın ilk turunda səfərdə “Sumqayıt” üzərində 3:0 hesablı qələbə qazansa da, texniki məğlubiyyət alacaq. Buna səbəb isə Ağdam təmsilçisinin legioner limitini pozmasıdı.

“Belə ki, öncə Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Meydanda sayca maksimum 6 legioner ola biləcəyini nəzərə alsaq, texniki səhv etmiş olduğumuzu anladıq. Oyundan dərhal sonra baş vermiş hadisəni məşqçilər korpusu olaraq müzakirə etdik və səhv etdiyimizi anladıq. Muaremin əvəzinə Namiq Ələsgərov daxil olmalı idi, amma Namiq Yusifovun əvəzinə meydana Riçard Almeyda daxil oldu. Oyun zamanı baş verən səhvimizi anlayır və PFL tərəfindən verilə biləcək cəzanı anlayışla qarşılayacağımızı bildirirəm” – deyə, Qurbanov bildirib.

Xatırladaq ki, Premyer Liqada hazırda 6+5 limitindən istifadə olunur. Yəni, elita klubları eyni vaxtda 6 legioner +5 yerli futbolçu oynada bilərlər.
 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.