İqtisadiyyat, ZZ-Manşet

Quş ətinin istehsalçı qiymətləri 22% bahalaşıb

toyuqİyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 2,5%, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,5% ucuzlaşıb.

GSR.fm APA-ya istinadən xəbər verir ki, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,0% bahalaşıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, birillik bitkilərdən günəbaxan toxumunun istehsalçı qiymətləri 0,6%, yoncanın istehsalçı qiymətləri 4,3% bahalaşıb, arpanın istehsalçı qiymətləri 4,3%, payızlıq arpa toxumunun 1,0%, yaşıl lobyanın 0,4%, göyərtilərin 3,6%, xiyarın 19,0%, badımcanın 60,2%, pomidorun 5,0%, baş sarımsağın 1,2%, baş soğanın və kartofun 0,2%, quru otun istehsalçı qiymətləri isə 0,5% ucuzlaşıb.

Çoxillik bitkilərdən gilasın istehsalçı qiymətləri 5,0%, alçanın 3,1%, fındığın istehsalçı qiymətləri 3,9% ucuzlaşıb, limonun istehsalçı qiymətləri isə 3,7% bahalaşıb.

Qeyd edək ki, diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,4%, diri ev quşlarının 0,2%, quş ətinin (diri çəkidə) istehsalçı qiymələri 21,6% bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində inəyin istehsalçı qiymətləri 0,6%, camışın 2,0%, mal ətinin (diri çəkidə) 0,2%, südün 1,4%, diri qoyun və keçilərin 0,3%, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 2,2%, yumurtanın 3,1%, təbii balın istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.