Cəmiyyət

Rənglərin su ilə rəqsi – ebru

Vüsal Qaraqaşlı:

Ebru sənətində alınan naxışlara baxdığımız zaman çox müxtəlif  bir şeylər görə bilərsən. Deyək kosmosu da görə bilərsən ordakı naxışları , böyütsən bir hüceyrəni o şəkilləri də  görmüş ola bilərik. Təbii ki, insanın ruh aləmi suya çox gözəl bir şəkildə yansıyır. Bu çox qəribə, çox  maraqlı bir sənətdir.

Ebru sənəti haqqında söylənilən fikirlər Vüsal Qaraqaşlıya məxsusdur. Ebru  sənəti  üzrə mütəxəsis bu sənətin incəliklərini Türkiyənin Mimar Sinan Universitetində təhsil  alarkən yiyələndiyini deyir. Mütəxəssisin sözlərinə görə bu sənətin nə zaman və harda meydana gəldiyi dəqiq bilinmir. Amma deyilənlərə görə ebrunu Orta Asiyadakı cığatay türkləri yaradıb. O, ebru sözünün ebrə sözündən törədiyini və “damarlı” mənasını verdiyini bildirir.

Vüsal Qaraqaşlı:

Damarlı çünki suyun üzərində yaranan naxışlar  damara bənzəyir,  buluda da bənzəyir ki, İrana keçdikdən sonra ona ebri deyirdilər.  Ebridəki  “buluda bənzər” deməkdir. Abru da deyiblər su üstü. Sonra Osmanlıya keçir bu sənət. Orda da ebru adını alır.

Rəssamın  fikrincə digər təsviri sənət növlərindən fərqli olaraq ebru sənəti ilə məşğul olan insan hər zaman mənəvi baxımdan bu işə hazırlıqlı olmalıdır.


Vüsal Qaraqaşlı:

Çünki  çox güclü rəssam olsan belə amma sənin bir sıxıntın, nəyəsə bir  mənfi  hisslər emosiyalar varsa suya yansıyır. Çox həssasdır su. Ani bir hərəkət yansıyır. Hətta suyun rənglərinə belə yansıyır. Bu qəribə görsənə bilər. Amma  həqiqətən də  belədir. Bir deyək ki, rəngkar mənfi bir hisslərini də verə bilər verməlidir də. İfadə etməlidir özünü. Amma ebru bunları qəbul eləmir, yəni pozitiv, müsbət şeyləri qəbul eləyir.

Vüsal bəyin sözlərinə görə, təbii sənət olan ebrunun hazırlanmasında kimyəvi maddələrin qatışığı olmur. Bunun üçün yalnız təbii ləvazimatlardan, torpaqdan alınma boyalardan istifadə edilir. Boyalara mal-qaradan alınan öd əlavə edilir, buna səbəb isə ödün tərkibindəki turşunun boyaları suyun üzərində incəldib açmasıdır.

 

Vüsal Qaraqaşlı:

Bu boyalarda kimyəvi maddə olmadığı üçün heç vaxt  solmazlar bunlar. Burda istifadə olunan su da hansının ki, üzərinə boyaları səpirik o da  xüsusi sudur, qatılaşdırılmış sudur. Müxtəlif maddələrdən alınır. 50 növ  maddə var ki, onun suyu hazırlana bilər. Boyalar da suyun üzərinə xüsusi fırçalarla səpilir.

Sənətkar deyir ki, fırçalar at quyruğundan düzəldilir. O bunu boyaların atın tükündən rahat süzülməsi və  fırçaların bakteriyanı toplamaması ilə əlaqələndirir.

Vüsal Qaraqaşlı:

Fırçaların budaqları da fərqlidir. Yəni qızılgül budağından hazırlanır. Onun bir həm davamlı, həm rahat olduğu üçün, həmdəki bunun simvolik mənası  da var. Qızıgül bilirik ki, peyğəmbərimizin rəmzidir. Heç bir ebru da təkrar olunmur. Heç bir ebruda heç bir naxış təkrar olunmaz. Yəni o fırçadan tökülən o damcı  bir daha eyni şəkildə olmaz.

Vüsal bəy  ebrunu dincəlmək üçün faydalı, zövq alınacaq  bir sənət olduğunu deyir. Mənfi şeyləri qəbul etməyən ebrunun  hazırda  unudulduğunu düşünən sənətkar   ebrula maraqlananlara  bu sənətin incəliklərini öyrədərək həm də öz qazancını  təmin edir.

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.