İdman, Xəbərlər, ZZ-Manşet

“Real” klublararası dünya çempionatının qalibi olub

f781105d14108efd1b094d8e3d9ced14

Bu gün klublararası dünya çempionatında final oyunu keçirilib.

GSR.fm-in Apasport.az-a istinadən verdiyi məlumata görə, Yaponiyada keçirilən turnirin həlledici qarşılaşmasında Madridin “Real” klubu meydan sahibi “Kaşima” ilə qarşılaşıb.

Əsas vaxtı 2:2 hesabı ilə başa çatan oyunda qalib əlavə edilmiş dəqiqələrdə müəyyənləşib. Madridlilər 4:2 hesabı ilə qələbə qazanaraq dünyanın ən güclüsü olublar.

Görüşdə “Real”ın portuqaliyalı superulduzu Ronaldo het-triklə yadda qalıb.

Klublararası dünya çempionatı

Final 18 dekabr

“Real” – “Kaşima” – 4:2 (əlavə vaxt)

Qollar: Benzema, 9, Ronaldo, 58 (pen.), 98, 104 – Şibasaki, 44, 52

Öncəki xəbərNövbəti xəbər