İdman, ZZ-Manşet

Realmadrid Fondu Bakıda seminar keçirdi

Realmadrid Fondu 17-25 fevral tarixlərində Bakıda məşqçilər üçün seminar keçirib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Realmadrid Fondu ilə birgə həyata keçirdiyi layihə çərçivəsində RMF-nun beynəlxalq zona üzrə meneceri İgnacio Abascal bu məqsədlə Bakıya gəlib.

Seminarda Real Madrid Fondunun Azərbaycan Sosial Futbol Məktəbinin 7 məşqçisi ilə yanaşı uşaq futbolunda çalışan bəzi gənc mütəxəsislər də iştirak edib. Tədbirin yekununda iştirakçılara xüsusi sertifikatlar verilib.

Realmadrid Fondunun Azərbaycan Sosial Futbol Məktəbinin baş kordinatoru Vaqif Ayvazov 2013-cü ildən fəaliyyət göstərən məktəbin 3-cü dəfə bu cür  beynəlxalq tədbirə ev sahibliyi etdiyini deyib:

“Burada əsas məqsəd bizim əməkdaşlıq etdiyimiz Realmadrid Fondunun təlim metodologiyasını təbliğ etmək, dünyaca məşhur Real Madrid Futbol  klubunun məşq metodları, uşaq və yeniyetmələrin hazırlıq mərhələlərinə dair əyani və praktiki biliklər əldə etməkdir. Biz məktəbimizin məşqçiləri ilə yanaşı, bir sıra yerli mütəxəssisləri də dəvət etmişik. İstəyirik ki, daha çox məşqçi beynəlxalq təcrübəni öyrənsin”

Təlim nəzəri və təcrübi hissələrdən ibarət olub.  Nəzəri dərslər zamanı məşq prosesinin planlaşdırılması, uşaqlarla məşq etmək üçün yeni strategiyalar öyrədilib. Praktiki dərslər zamanı isə hər məşqçi ona verilən tapşırığı yerinə yetirib. Təlimçi İgnasio Abasqal məşqilərə qiymətləndirərək onlara müəyyən tövsiyələrini çatdırıb.

Sonda qeyd edək ki, Realmadrid Fondunun Azərbaycan Sosial Futbol məktəbi artıq 6 ildir fəaliyyət göstərir. 2013-2018-ci ili əhatə edən ilk layihənin uğurlu alınmasına görə 2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb. Realmadrid Fondunun Azərbaycandakı sosial futbol məktəbi yaradılan zaman MDB məkanında birinci, Avropada 8-ci olub.

 

 

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.