Sosial, ZZ-Manşet

Regionlarda maarifləndirmə tədbirləri keçiriləcək

BANER“Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığının və erkən nikah hallarının qarşısının alınmasında insanların ictimai fəallığının artırılması” adlı layihə həyata keçirəcək.

Layihənin məqsədi regionlarda qadın və uşaqlara qarşı zorakılığın, erkən nikah hallarının  aradan qaldırılması üçün qadınların, uşaqların, gənclərin, müvafiq dövlət orqanlarının nümayəndələrinin, bələdiyyələrin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil etmək, insanların bu məsələlərə ictimai qınağının formalaşdırılması üçün onların fəallığını artırmaq, mövcud problemləri öyrənmək və müvafiq qurumlara təklif və tövsiyələri təqdim etməkdən ibarətdir.

Layihənin icrası məqsədilə Quba, Xaçmaz, Ağsu və Göyçay rayonlarında qadınlar, kişilər, gənclər və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hər rayon üzrə maarifləndirmə tədbirləri keçiriləcək.

Tədbirlərdə ekspert tərəfindən iştirakçılara məişət zorakılığı, onun əsas səbəb və nəticələri, həmçinin, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanuna müvafiq olaraq qəbul edilmiş Nazirlər Kabinetinin Qərarları, ailə münaqişəsi zəminində qadınlara və uşaqlara qarşı törədilmiş cinayətlərin rəsmi statistikası, erkən nikahların baş vermə səbəbləri və fəsadları, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitənin Azərbaycan Hökumətinə təqdim etdiyi son tövsiyələri barədə məlumat veriləcək.

Eyni zamanda,  müvafiq qurumların nümayəndələri mövzu üzrə çıxışlar edəcək və rayon üzrə mövcud vəziyyətlə bağlı müzakirələr aparılacaq.

Layihənin yekununda təklif və tövsiyələr hazırlanaraq aidiyyatı qurumlara təqdim ediləcək.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.