Sosial, Xəbərdar, ZZ-Manşet

Rəis olmaq istəyənlərin imtahan nəticələri açıqandı

TQDK-550x360Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 12-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. 

GSR.fm-in TQDK-nın saytına istinadən verdiyi məlumata görə, imtahan saat 11:00-da Bakı Qızlar Universitetinin binasında başlayıb və 3 saat ərzində aparılıb. 

İmtahan nəticələri elə həmin gün – oktyabrın 12-də saat 15:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib. 

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə – müsahibəyə buraxılıb. 

Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınıb. 
Onlardan iki nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 53 namizəddən 33 nəfəri müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 87 bal olub. 

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.