Foto, ZZ-Manşet

Rəşid Bəy Əfəndiyevin ev muzeyindən görüntülər - FOTOSESSİYA

efendiyev (1)Qonşuluğumuzda olan ev muzeyində kitabxana var. Məktəb vaxtı axtardığım bəzi kitabları tapmağıma köməyi böyük olub. O vaxtdan bu yana müşahidə etmişəm ki, şəhərimizə gələn qonaqların bura haqqında məlumatı azdır. Amma əslində bu Rəşid Bəy Əfəndiyevin ev muzeyidir. Məncə sizin R.B. Əfəndiyev haqqında  da  məlumatınız heç də çox deyil.

Rəşid Bəy 1863-cü ildə Nuxada (indiki Şəki ş.) ruhani ailəsində anadan olub. O, ilk təhsilini mollaxanada alıb, sonra şəhər rus-tatar məktəbində oxuuib.  Rəşid Bəy məktəbi bitirdikdən sonra, 1878-ci ildə Tiflisə gedib, orada böyük nüfuz sahibi, həmyerlisi M.F.Axundzadə ilə görüşüb və onun məsləhəti ilə 1879-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olub. O, 1880-cı ildə  müəllimi A.O.Çernyayevskinin tapşırığı ilə “QAN OCAĞI” adlı beş pərdəli ilk komediyasını yazır. Rəşid Bəy 1882-ci ildə seminariyanı bitirir və Qəbələdə açılmış ibtidai məktəbə müdir müəllim göndərilir. 1890-cı ildə Xaşmaz kəndində yeni məktəb açır 2 il işləyir. Rəşid Bəy 1892-ci ildə Tiflisdə Aleksandrovski Müəllimlər İnstitunun 4cü kursuna daxil olur və 1893-cü ildə oranı bitirir. Yalnız bundan sonra Rəşid Bəyə şəhər məktəblərində işləmək hüququ verilir. O, 1899-cu ildə Qori Müəllimlər seminariyasına Şəriət və Azərbaycan dili müəllimi təyin olunur. O, müəllimliklə bərabər 15 ildən artıq seminariyanın müsəlman şöbəsində pedaqoji təcrübə  dərslərinə bir metodist kimi rəhbərlik edir.
Rəşid Bəy uşaqlar üçün iki dərslik yazır: “UŞAQ BAĞÇASI” və “BƏSİRƏTİL-ƏTFAL”. F.Köçərli bunları o dövrün ən yaxşı dərslikləri hesab edirdi. Onun “SAQQALIN KƏRAMƏTİ”(1909) “BİR SAÇ TELİNİN QİYMƏTİ”(1915) “QIZIL GÜL”(1923) “DİŞ AĞRISI” “QAN OCAĞI” (1880-1882) əsərlərinin hamısının ana xətti ailə tərbiyyəsi, qadın azadlığı və təhsili problemidir. Rəşid Bəy 1916-1917 ci illərdə İəvan Quberniyasının Azərbaycan məktəblərinə inspektor təyin edilir, 1917 ci ildə isə Tiflisdən aldığı əmrlə əlaqədar Naxçıvana gedib, 3 aylıq Müəllimlər Kursu yaradır. 1918-ci ildə Bakıda 2 əsas və 2 hazırlıq Sinfindən ibarət müəllimlər seminariyası təşkil edir. Sonra Rəşid Bəy 3 aylıq Müəllimlər kursu açmaq üçün Nuxaya (indiki Şəki ş.) göndərilir. O, Nuxada Qadın və Kişilər üçün 2 seminariya yaradır. 1926-cı ildə isə bu seminariyaları birləşdirib Nuxa Pedaqoji texnikumu açır. Rəşid Bəy Nuxa və Qutqaşen (indiki Qəbələ ş.) mahalının etnoqrafiyasına aid bir sıra əsərlər yazıb. O, tərcüməçiliklədə məşğul olub, rus ədiblərinin əsərlərini, “ŞAHNAMƏ”dən “RÜSTƏM VƏ SÖHRAB” hekayəsini, Prudonun “PSİXOLOGİYA” kitabını Azərbaycan dilinə çevirib. Rəşid Bəy 1942-ci ildə Nuxada vəfat edib və burada dəfn olunub.


Hazırladı: Polad Rəsulzadə

Öncəki xəbərNövbəti xəbər