P.S, Xəbəriniz olsun, Z-Manset

Restoranlar da mədəniyyətin bir göstəricisidir - Xəbəriniz Olsun

Xarici ölkələrə səyahət edərkən yerli mətbəxlə tanış olmaq onların mədəniyyətini öyrənmək üçün ən yaxşı üsullardan biridir. Bir ölkənin ən məşhur yeməyinin dadına baxmaq, ondakı o qəribəliyi və orijinallığı hiss etmək hamı üçün maraqlıdır. Ancaq bəzi insanlar yalnız “qəribə” yeməklərlə kifayətlənmirlər. Qeyri-adi restoranlar da turistlərin diqqət mərkəzində olur. Ona görə də bu dəfə sizə qəribə restoranlardan xəbər veririk.

BizarreDining01

Nyu York ştatının Qrinpoynt rayonunda “Eat” adlı restoran var. Düzdür, ilk baxışdan qeyri-adi heç nə yoxdur. Ancaq bir faktdan başqa. Burada danışmaq olmaz! Asiyadakı buddist monastrına səyahətdən ilhamlanan restoranın sahibi Nikolas Noyman elə bir yer yaratmaq istədi ki, insanlar sakitlikdən həzz alsınlar. “Sakit” yeməklər o qədər məşhurlaşdı ki, artıq insanlar əvvəlcədən yer bron edirlər.

BizarreDining03

Amsterdamdakı restoran “At Eenmaal” öz yalnızlıq konsepsiyası ilə məşhurlaşıb. Burada bütün stollar eynidir, yəni yalnız bir adam üçün nəzərdə tutulub. Restoranın yaradıcısı və dizayneri Marina Van Qoor deyir ki, bu qeyri-ənənəvi yanaşmanın səbəbi insanlara restoranda yalnız yemək yeməyin necə bir hiss olduğunu yaşamağa imkan verməkdir.

BizarreDining04

Taylandda “Quş yuvası” adlı bir restoran var. Burada çox gözəl mənzərənin şahidi ola bilərsiniz. Çünki restoran ağacda yerləşir. 4,8 metr hündürlükdə olan restoranın qonaqlarına yeməkləri və içkiləri süfrəçilər (ofisiantlar) kanat vasitəsilə gətirirlər. Adi yeməyin qiyməti təxmini 450 dollardır. İlk baxışdan baha görünsə də, bu həzzi yaşamaq üçün dəyər.

BizarreDining05

Bir çoxlarımız üçün zəlzələ zamanı yemək heç də yaxşı fikir deyil. Ancaq “Disaster Cafe” adlı yerdə insanlar pul verirlər ki, 7,8 bal gücündə olan zəlzələ şəraitində yemək yesinlər. Bundan əlavə, burada yerləri bir neçə həftə əvvəlcədən bron edirlər. Hələki ciddi bir qəza baş verməyib, yalnız içkini yaxud yeməyi dağıtmaq kimi hallar baş verib. Və əlbəttə ki, kiçik insidentlərin də baş verməsi burada adi haldır.

BizarreDining06

Çin əyaləti olan Hubeydə “Fangweng” adlı restoran qayalıqların üzərində yerləşir. Bu da restorandan çox gözəl mənzərinin şahidi olmaq imkanı yaradır. Qeyd etmək lazımdır ki, bu restoran əsəbləri zəif olan insanlar üçün məsləhət deyil.

BizarreDining09

Əgər sizə nə vaxtsa, buz üstündə yemək maraqlı olubsa, onda bu restoran sizin üçündür. Çünki belə bir yer həqiqətən də mövcuddur. Bu restoran Finlandiyanın Şimali qütb sahəsində yerləşir və tamamilə buzdan tikilib. Məlum səbəblərə görə burada ancaq soyuq yeməklər verilir.

BizarreDining11

Tayvanda yerləşən “D.S Music” restoranı öz adı ilə sizi çaşdırmasın. Musiqinin bura heç bir adiyyatı yoxdur. Restoranın özəlliyi onun xəstəxananı xatırlatmasıdır. Burada süfrəçi xanımlar (ofisiant) tibbi bacısının geyimindədir, stollar xəstəxana çarpayısından düzəldilib və içkiləri şprislərdə verirlər. Həmçinin restoranın divarları rentgen şəkilləri ilə örtülüb.

BizarreDining18

Yemək zamanı kondisioneri unudub təmiz şəlalə suyundan həzz almaq istəyənlər Flippinə yollana bilərlər. Çünki burada yerləşən restoranda şəlalənin yanında əyləşib çox ləzzətli yeməklərin dadına baxa bilərsiniz.

Səmada yemək
Səmada yemək

“Dinner in the Sky” – Belçika layihəsi olan bu restoran insanlara öz şəhərinin üzərində nahar yaxud şam yeməyi etməyə şərait yaradır. 22 nəfərlik stolu kran vasitəsilə göyə qaldırırlar. Bu zaman həm yeməkdən həm də şəhərin mənzərəsindən həzz almaq mümkündür. Hazırda bu layihə dünyanın 40 ölkəsində həyata keçirilir.

Hazırladı: Rəna Hüseynova
Mənbə: bigpicture.ru

Öncəki xəbərNövbəti xəbər