Maraqlı, Xəbərlər, ZZ-Manşet

Robotlar insan həyatını xilas edəcək

nanorobot

Nanotexnologiyanın sürətli inkişafı sayəsində tibb sahəsində mühüm irəliləyişlər gözlənilir. Belə ki, gələcəkdə həkimlər pasiyentlərini kiçik nano-robotlar vasitəsilə müayinə edə biləcəklər. GSR.fm-in Trend-ə istinadən verdiyi məlumata görə, həmin robotlar insan tərəfindən udula və yaxud bədənin hansısa nahiyəsinə inyeksiya edilə bilər. Bu zaman insan bədənində gedən prosesləri daha yaxından izləmək mümkün olacaq.

Zurix Universitetinindən olan bir qrup tədqiqatçı çay qaşığı ölçüsündə nano-robotlar istehsal etmək niyyətindədir. Alimlər bu kiçik robotları göz nahiyəsinə birbaşa inyeksiya etməklə kapilyarlarda gedən qan laxtalanması prosesinin qarşısını alacaq.

Qeyd edək ki, ötən il Massaçusets Texnologiya Universitetinin alimləri oriqami adlı həb ölçüsünə qədər kiçilə bilən nano-robot hazırlayıb. Alimlər süni insan mədəsi və qida borusundan, eləcədə mədə divarını izləyən xarici maqnit qurğusundan istifadə etməklə bir sıra tədqiqatlar aparıblar.

Öncəki xəbərNövbəti xəbər