Sosial, ZZ-Manşet

“Rostovda qəzaya uğramış təyyarədə azərbaycanlı olmayıb”

get_imgRusiyanın Rostov şəhərində baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

GSR.fm APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun göstərişinə əsasən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşının olub-olmaması ilə bağlı Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi ilə əlaqə saxlanılıb. Mərkəzdən qəzada ölənlər arasında Azərbaycan vətəndaşının olmadığı deyilib.

Qeyd edək, Dubay-Rostov reysi ilə uçan Boing-738 təyyarəsi gecə saatlarında qəzaya uğrayıb. İlkin məlumatlara görə, qəzaya səbəb pilotun səhvi və yaxud pis hava şəraiti olub. Qəza nəticəsində 62 nəfər ölüb.

Xatırladaq ki, Rusiyanın rostov.kp.ru saytı qəzaya uğrayan təyyarənin göyərtəsində Rusiya vətəndaşları ilə yanaşı, Azərbaycan, Ukrayna və Hindistan vətəndaşlarının olduğu barədə məlumat yayıb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.