İqtisadiyyat, ZZ-Manşet

Rusiya ABŞ-dan kənd təsərrüfatı mallarına qadağa qoyacaq

rusiya-570x360Rusiya ABŞ-dan toyuq əti  də daxil olmaqla, bütün kənd təsərrüfatı məhsullarının idxalına tamamilə qadağa qoyacaq.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, bunu Rusiyanın Baytarlıq və fitosanitar nəzarəti federal xidmətinin (Rosselxoznodzor) başçısının köməkçisi Aleksey Alekseyenko bildirib.

O deyib ki,  Prezident fərmanı dərc edildikdən dərhal sonra qadağan olunacaq məhsulların siyahısının tərtib edilməsinə başlanılıb.

“ABŞ-da istehsal olunan və oradan Rusiyaya gətirilən bütün məhsullara qadağa qoyulacaq. Yekun siyahı  cümə axşamı, günün ikinci yarısında açıqlanacaq”,- o bildirib.

Aleksey Alekseyenko həmçinin bildirib ki, Rusiya Avropa İttifaqı ölkələrindən tərəvəz və meyvə idxalına da tamamilə qadağa qoyacaq.

Qeyd edək ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, çərşənbə günü ölkəsinə qarşı sanksiyalar tətbiq edən ölkələrdən xammal, ərzaq və kənd təsərrüfatı məhsullarının ayrı-ayrı növlərinin Rusiyaya gətirilməsinə qadağnın qoyulması barədə fərman imzalayıb. Hökumətə konkret siyahı tərtib etmək tapşırılıb.

 

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.