İqtisadiyyat, ZZ-Manşet

Rusiyadan Azərbaycana 7,5 milyard dollarlıq layihələr

moskva-570x360Rusiya Azərbaycan sahibkarlarına dəyəri 260 milyard rubldan (7,5 milyard dollar) çox olan 18 investisiya layihəsi təqdim edib. Bunu Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bazar ertəsi Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

GSR.fm Marja-ya istinadən xəbər verir ki, o, layihələrin təqdimatında bildirib ki, Rusiyada hər bir investisiya layihəsinin əsas məqsədi təkcə regionların iqtisadi inkişafı deyil, hər şeydən əvvəl vətəndaşların həyat səviyyəsinin artırılmasıdır: “Əminəm ki, azərbaycanlı həmkarlarımızın təcrübəsi və biliyi layihələrin reallaşdırılmasında olduqca vacibdir”.

Azərbaycan biznesinə Rusiyanın Samara, Rostov, Tomsk, Moskva, Tambov, Kalininqrad, Tula, Novqorod, Volqoqrad vilayətlərində, Qaraçay-Çərkəz, Çuvaşiya, Çeçenistan, Dağıstan respublikalarında, Kamçatka, Krasnodar, Stavropol diyarlarındakı bir sıra layihələr təqdim edilib.

Nazir 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq çərçivəsində reallaşdırılan layihələrə xüsusi diqqət yetirib: “Bütün bu layihələr dövlət-özəl tərəfdaşlıq prinsipləri əsasında reallaşdırılır, Rusiya planlaşdırılan layihələrin tikintisinə birbaşa xarici investisyaları alqışlayr. Azərbaycan səhmdarları üçün kənd təsərrüfatı sahələrinə çoxsaylı investisiya layihələri xüsusi maraq doğura bilər”.

O bildirib ki, hazırda kənd təsərrüfatı məhsulları üzrə yeni müəssisələr demək olar ki, Rusiyanın bütün regionlarında açılır. Nazir Tambov vilayətində kənd təsərrüfatının inkişafı üzrə innovativ layihələri ayrıca qeyd edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.