boş bölmə, İqtisadiyyat, ZZ-Manşet

Rusiyanın iki hərbi gəmisi Bakıya gəlir

Rusiya herbi gemisi 051112Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının iki hərbi gəmisi Xəzəryanı ölkələrin limanlarına səfərə çıxıb.

7/24news APA-ya istinadən xəbər verir ki, Flotiliyanın «Dağıstan» gözətçi gəmisi və «Qrad Sviyajsk» kiçik raket gəmisi bu gün səfər proqramına uyğun olaraq Mahaçqala limanından dənizə çıxıb.

İyirmi günlük səfər dostluq əlaqələrini gücləndirmək və tanışlıq məqsədi daşıyır. Rus gəmiləri Azərbaycan, İran və Qazaxıstan limanlarını ziyarət edəcək və Qazaxıstan Hərbi Dəniz Qüvvələri ilə birgə təlim keçirəcəklər.

Qeyd edək ki, Rusiya hərbi gəmiləri ötən il Bakıya, Azərbaycan HDQ-nin gəmiləri isə Həştərxana dostluq səfəri edib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.