Müsahibə, Siyasət, ZZ-Manşet

“Saakaşvilinin qarşısında üç seçim var”

foto

Mixail Saakaşvili Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bu barədə GSR.fm-ə müsahibə verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Saakaşvilinin istefası gözlənilən qərar idi:

“Ukrayna prezidenti Pyotr  Poroşenko Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Odessa qubernatoru təyin etdikdən sonra o, xeyli təndiqi fikirlərlə çıxış edirdi. Çünki o, siyasətcil islahatlara meyilli şəxsdir, Gürcüstanda çox böyük islahatlar aparıb, amma Odessada bu islahatları apara bilməyib. Odessada güclü korrupsiya var idi, eyni zamanda Saakaşvili mərkəzi hakimiyyətlə mübarizə aparmaq məcburiyyətində idi. Ona görə də böyük dəyişikliklər həyata keçirə bilmirdi. Üstəlik maliyyə resursları da çox zəif idi. Saakaşvili yaxşı komanda yığmışdı, amma yenə də uğurlu nəticə əldə etmək asan deyildi. Digər tərəfdən də mərkəzi hakimiyyətin bir çox simaları- xüsusilə də Ukraynanın daxili işlər naziri Arsen Avakov ilə münaqişədə idi. Hiss olunurdu ki, Mixail Saakaşvili belə şəraitdə işləyə bilmir və son qərarını verdi”.

Elxan bəy həmçinin qeyd edib ki, Odessa vilayənin qubernatoru vəzifəsindən istefa verdikdən sonra Saakaşvilinin qarşısında hazırda üç seçim var :

“Birinci seçim Gürcüstan siyasətinə qayıtmaq, ikinci seçim yenidən Amerikaya qayıtmaq və pedaqoji fəaliyyətini davam etdirmək, üçüncü seçim isə Ukraynada qalıb siyasi mübarizə aparmaqdır. Birinci seçimi edəcəyini düşünmürəm, çünki Gürcüstanda onu həbs gözləyir. Amerikaya gedəcəyini də zənn etmirəm, çünki Saakaşvili elə bir şəxsiyyətdir ki, daima hadisələrin mərkəzində olmaq, siyasi proseslərdə aktiv iştirak etmək  istəyir. Düşünürəm ki, üçüncü variantı seçəcək, yəni Ukraynada siyasi proseslərdə fəal iştirak edib parlament seçkilərində uğurlu nəticələr əldə etməyə çalışacaq”.

Öncəki xəbərNövbəti xəbər

3 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. Geri izləmə: viagra pills for sale

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.