Sosial, Xəbərlər, ZZ-Manşet

Sabah Bakıya qar yağacaq

qar

Bakı və Abşeron yarımadasında dekabrın 8-də  bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, havanın temperaturunun gecə və gündüz  1° şaxtadan  2°-dək isti, Bakıda gecə və gündüz  0-2° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 %  təşkil edəcək.

Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Dekabrın 9-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər