Sosial, Xəbərlər, ZZ-Manşet

Sabah bəzi bölgələrdə su olmayacaq

su

Sabah Abşeron və Bakının Sabunçu rayonunun bəzi qəsəbələrinin içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq.

GSR.fm-in APA-ya  istinadən verdiyi məlumata görə, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Ceyranbatan-Maştağa magistral su xəttinin yeni çəkilmiş yola düşən hissəsinin yeri dəyişdirilir.

Bununla əlaqədar sentyabrın 6-da gün ərzində Abşeron rayonunun Saray, Novxanı, Mehdiabad, Digah, Fatmayı, Goradil qəsəbələrindəki bağ massivlərinə, həmçinin Bakının Sabunçu rayonunun  Ramana, və Bülbülə qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində müəyyən fasilələr yaranacaq.

Müvəqqəti narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.