Sosial, ZZ-Manşet

Sabah hava küləkli və yağışlı olacaq

simavda-etkili-dolu-yagisi-DHA-653657b3199db9687d8286dbc682cd08-1-tOktyabrın 16-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

GSR.fm APA-ya istinadən xəbər verir ki, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturunun yarımadada gecə 11-13° isti, gündüz 14-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-14° isti, gündüz 15-20°, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.