Sosial, Xəbərlər, ZZ-Manşet

Sabah hava yağmursuz olacaq

yagis

Bakı və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, havanın temperaturunun yarımadada gecə 8-10° isti, gündüz  11-16° isti, Bakıda gecə  8-10° isti, gündüz  14-16° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  766 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  Nisbi rütubət  gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava əsasən yağmursuz keçəcək. Səhər duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.