Sosial, Xəbərlər, ZZ-Manşet

Sabah mülayim hava şəraiti müşahidə olunacaq

Hava-11-570x360

Bakı və Abşeron yarımadasında noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, havanın temperaturunun yarımadada gecə  9-11° isti, gündüz  14-17° isti, Bakıda gecə  9-11° isti, gündüz  15-17° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yuxarı 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə 75-85%, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 14-17° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər