Sosial, Xəbərlər, ZZ-Manşet

Sabah sulu qar yağacaq

qar

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

GSR.fm-in APA-ya istinadən verdiyi məlumata görə, yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var.

Mülayim şimal-şərq küləyi  əsəcək. Havanın temperaturunun gecə 2-5° isti,  gündüz  5-7° isti, Bakıda gecə  2-4° isti, gündüz  5-7° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  normadan yüksək 783 mm civə sütunu, nisbi rütubət  gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz  5-10° şaxta olacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.