Sosial, ZZ-Manşet

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

qarli hava yol

Dekabrın 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. GSR.fm APA-ya istinadən xəbər verir ki, gecə və axşam yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-3° isti, gündüz 5-10° isti, Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Öncəki xəbərNövbəti xəbər