Sosial, Xəbərlər, ZZ-Manşet

Şabran rayonunda maarifləndirmə tədbiri keçirilib

DSC05467

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Uşaqlar və gənclər arasında “Zorakılıqsız həyat naminə” devizi ilə aksiyaların keçirilməsi” adlı layihəsi çərçivəsində uşaqların, uşaq polis ispektorlarının, Şabran Rayon İcra Hakimiyyəti Aparatının müvafiq əməkdaşlarının, valideynlərin, müəllimlərin və yerli icmaların iştirakı ilə Şabran rayonunda maarifləndirmə tədbiri keçirilib.

GSR.fm-ə birliyin mətbuat xidmətindən verilən məlumata görə, Şabran Rayon İcra Hakimiyyəti Aparatının Böyük məsləhətçisi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Təhminə Yarəliyeva tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Birliyin sədri və layihə rəhbəri Aytən Səfixanlı belə bir aktual məsələyə həsr olunan layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Quba Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.  O, qeyd edib ki, layihənin məqsədi paytaxtda və regionlarda məktəblilər, valideynlər və uşaqlarla işləyən şəxslər arasında zorakılığın yolverilməzliyi ilə bağlı maarifləndirmə tədbirlərinin təşkil edilməsi və uşaqlar arasında rəsm müsabiqəsinin keçirilməsidir.

Tədbirdə ekspert qismində çıxış edən pxixoloq Asəf Kərimov bütün dünyada olduğu kimi, ölkədə də uşaqların müəyyən səbəblərdən müxtəlif növ zorakılıqlara məruz qaldığını, bir çox hallarda, valideynlər, müəllimlər və hətta həmyaşıdları tərəfindən uşaqlara qarşı zorakılığın edildiyini bildirilib.

A.Kərimov uşaqlara qarşı zorakılığın psixoloji aspektləri, zorakılığın uşaqda yaratdığı mənəvi-psixoloji sarsıntılar, zorakılığa məruz qalan uşaqlara psixoloji xidmətin xüsusiyyətləri, uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar, habelə  “Qaynar xəttlər” barədə iştirakçılara ətraflı məlumat verib. O, qeyd edib ki, uşaqlara qarşı zorakılıq halları bir çox hallarda gizli qalır. Eyni zamanda, valideynlər və müəllimlər zorakılığı (döymə) tərbiyənin ən düzgün üsulu kimi çox tətbiq edirlər. Bu isə uşaqların özlərinə qapanmalarına, sarsıntı keçirmələrinə, intihar etmələrinə, əlilliyə düçar olmalarına gətirib çıxarır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində uşaqların tərbiyəsinə valideynlərin məsuliyyət daşıdığı və dövlətin isə nəzarət etdiyi qeyd edilib. Bu ali qanunvericilik norması bir daha göstərir ki, valideynlər uşaqları ilə istədiyi kimi davrana bilməz, çünki dövlət bu məsələlər nəzarət edir.

Tədbirdə BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə verdiyi son tövsiyəsində də uşaqlar və uşaqlarla işləyən şəxslər üçün silsislə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyinin qeyd olunduğu vurğulanıb.

Tədbirdə çıxış edən Şabran Rayon Polis Şöbəsinin uşaq polis inspektoru, polis mayoru Eldar Ömərov qeyd edilib ki, uşaq zorakılığı halları olduqca aktual məsələdir və zorakılığa məruz qalan uşaqların qarşılaşdıqları sosial, psixoloji problemlərin öz həllini tapması, rayon ərazisində uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması daim diqqət mərkəzində saxlanılır. O, Şabran rayonunda bu istiqamətində görülən işlər, o cümlədən həyata keçirilən maarifləndirmə tədbirləri barədə də məlumat verilib.

Uşaqlar və gənclər arasında zorakılığa qarşı mübarizənin daha da gücləndirilməsi məsələləri ilə bağlı geniş müzakirələr aparılıb, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına yönələn bir sıra təkliflər irəli sürülüb.

Tədbirdə əyani vəsait kimi müvafiq dövlət qurumları və QHT-lər tərəfindən uşaqlara qarşı zorakılıq mövzusunda hazırlanan filmlər nümayiş etdirilib.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.