Müsahibə, Sosial, ZZ-Manşet

“Saçı nəmli saxlamaqdan imtina etmək lazımdır”

Hair-Breakage-Causes-Solutions

Bəzən isti havalarda olduğu kimi soyuq havalarda da saç və saç dərisini qorumaq lazım gələ bilər. Mövzü ilə əlaqədar olaraq  dermatokosmetoloq Jalə Həsənova GSR.fm-ə öz müsahibə verib. O, öz müsahibəsində bildirib ki, saç və saç dərimizi soyuqdan qorumaq lazımdı:

“Soyuq fəsillərdə təbii ki, digər orqanlarda iltihab əmələ gəldiyi kimi saç dərimizdə də bu hal baş verir. Buna görə saç üçün xüsusi geyimlərdən istifadə etmək, evdən çıxarkən saçın nəmli olmamasına fikir vermək və yaxud da çimib çıxarkən saçı nəmli saxlamaqdan imtina etmək lazımdır. Bundan əlavə saçı əsasən yağışdan qorumaq üçün müəyyən tədbirlər görülməlidir ki, çirkli su yəni ekoloji çirklənmiş su saçımıza təmas etməsin. Yağış suyu havada çirklənərək yenidən gəlmiş sudur və adətən saçlara dəydikdə mənfi təsiri ola bilər. Belə ki, saçın öz nəmliyini korlaya bilər və saçda müəyyən xəstəliklər əmələ gələ bilər və sairə”.

Saç tiplərindən söhbət açan Jalə Həsənova qeyd edib ki, yağlı seboreyalı dərilərin yuyucu vasitəsindən tutmuş qulluq vasitəsinə kimi quru seboreyadan fərqlənir:

“Saç dərisi quru və yağlı saç tiplərinə ayrılır. Yağlı saçlarda yağlı seboreya olur. Bunların baxımları da fərqlidir. Ən birincisi yağlı dəriyə müvafiq şampun seçilməli və həmin şampunla yuyulmalıdır. Yağlı dəriyə sahib olanlar çalışsınlar ki, balzamdan uzaq gəzsinlər. Çünki balzam bir az da yağlılığı artırır. Bundan əlavə saçlarını çox qaynar su ilə yumasınlar . Nə qədər qaynar olsa saçları o qədər çox yağlanacaq . Quru saçlar isə əksinə daha çox balzamlardan istifadə etsinlər. Çünki dərinin quruluğu qaşınmalara səbəb olacaq. Saç təmizləyici vastitələrdən sonra müvafiq olaraq quru saçlar üçün olan şampunlarla yusunlar. Balzamla yaxaladıqdan sonra saç kremlərini saçın dibindən ucuna qədər çəkmək lazımdır”.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.