GSR TV, Z-Manset

“Sağlam Ailə”də Sağlam tur

26 dekabr 2014-cü il tarixində gənclər arasında sağlam həyat tərzinin təbliği, evlilik öncəsi tibbi müayinənin genişləndirilməsi, cinsi yolla keçən infeksion xəstəliklərin (məs. hepatitlərin, sifilisin və HİV-in) diaqnostika və profilaktikası, eləcə də onların aradan qaldırılması məqsədilə “Sağlam Ailə” Tibb Mərkəzində gənclər üçün məlumat turu təşkil olundu.

“Sağlam Ailə” və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə əməkdaşlığı ilə baş tutan aksiyada 50-dən çox gənc iştirak etdi.
Öncə gənclər qanın kliniki analizi xidməti ilə ödənişsiz müayinə olundular. Daha sonra “Sağlam Ailə” tibb mərkəzlərinin direktoru Vüqar Eyvazov və klinikanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli tərəfindən onlara tibb mərkəzində həyata keçirilən müayinələr, evlilik öncəsi müayinələrin əhəmiyyəti haqqında məlumat verildi. Tibb ocağı ilə yaxından tanışlıq məqsədi ilə klinika daxilində tur təşkil olundu.

Öncəki xəbərNövbəti xəbər