GSR TV, Z-Manset

“Sağlam gənclik, sağlam gələcək” forumu keçirildi

Dekabrın 10-da Hilton otelində  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,  Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsi, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyası, İUSTİ beynəlxalq təşkilatının dəstəyi ilə “Sağlam gənclik, sağlam gələcək” forumu keçirildi.

“Sağlam ailə” tibb mərkəzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və AVROMED şirkətinin təşkilatçılığı ilə baş tutan forumda dövlət rəsmiləri, özəl qurumlar, gənclər təşkilatlarının nümayəndələri, eləcə də 500-ə yaxın yerli və xarici ekspert iştirak edirdi.

Rəsmi və akademik hissədən ibarət olan forumun birinci hissəsində Ümummilli lider Heydər Əliyev və onun davamçısı İlham Əliyevin səhiyyənin inkişafı, səhiyyə sahəsində təhsilin keyfiyyət səviyyəsinin artırılması sahəsində gördüyü xidmətlər haqqında rəsmi çıxışlar dinlənildi.

Akademik hissədə isə 8 müxtəlif ölkədən dəvət olunmuş tibb mütəxəssisləri sağlam həyat tərzinin təbliği, reproduktiv sağlamlığa dair elmin son nailiyyətləri mövzusunda çıxış etdilər.

Asim Cəlilov
Gülnar Xıdırova

Öncəki xəbərNövbəti xəbər