Aktual

Sağlamlığı kimə əmanət etməli?!

47 yaşlı Vaqif  Bayramov bu ilin mart ayında  ürəyindən müalicə olunmaq  üçün İran İslam Respublikasına gedib. O, deyir ki, Azərbaycanda aldığı müalicənin faydasını görməyib və bu səbəbdən də müalicə üçün  xaricə üz tutub. Onun İranda keçdiyi bu müalicə Azərbaycana nisbətdə daha ucuz başa gəlib.

Vaqif Bayramov:

Dərmanların keyfiyyətində həm fərq gördüm, həm də ki, həkimin müayinəsində mən fərqi çox  gördüm var. Dərmanda qiymətlər aşağıdır həm, dərmanların keyfiyyəti yaxşıdır. Ondan sonra necə deyim sizə çox sərfəlidir ora getmək. Həm maddi cəhətdən, həm də orada məsəl üçün də həkimin xəstəyə olan münasibətinə görə.

Atlas Tibb Mərkəzinin terapevt-endokrinoluqu Hidayət Məmmədzadə xəstələrin xaricə üz tutma səbəblərindən danışır. Deyir ki, bəzən qoyulan diaqnozu dəqiqləşdirmək üçün xaricə getmək lazımdır. Ancaq bunun yerli həkimlərin məsləhəti ilə edilməsi daha məqsədə uyğundur.

Hidayət  Məmmədzadə:

Bəzən xəstələr hansı ki, rahat müayinə oluna bilərlər. Bilməyərəkdən, yəni məlumatları olmaması baxımından , bəlkə də həkimlərə güvənməməsi üçün xaricə üz tuturlar. Və bir qrup xəstələr də varki, burda diaqnozları qoyula bimədiyi üçün müxtəlif  həkimlərin qəbulunda olub. Bəzən hətta açıq etiraf etmək lazımdır ki, yalnış müalicələr alıbdır. Doğru düzgün diaqnoz qoyulmayıbdır. Dəqiqləşdirmək üçün, həkimlərə inam itdiyi üçün xaricə üz tuturlar.

Bu sahədə Azərbaycanda  yetərincə savadlı kadrların olduğunu düşünən psixo-terapevt  Murad İsayev insanların müalicə üçün xaricə yollamalarının əsas səbəbini ölkədə əcnəbi həkimlərin daha çox təbliğ olunmasında görür.

Murad İsayev:

Bizdə bir az özümüz özümüzə qarşı etibarımız yoxdur. Başqa millətlərdən olan insanları daha üstün hesab edirlər, daha savadlı hesab olunur. Amma qonşu ölkələrin Azərbaycanda əsasən də İrandır, Türkiyədir, İsraildir və.s ölkələrin Azərbaycanda həddindən artıq təbliğatı gəlib Azərbaycanda klinika  açmaları və yaxud xaricdən tez-tez həkimlər çağırmaları gətirib bizi belə vəziyyətə çıxardır.

İqtisadi ekspert Azər Mehdiyev isə vətəndaşların müalicə üçün xarici ölkələrə üz tutmalarının səbəbini Azərbaycanda tibbi xidmət keyfiyyətinin lazımi səviyyədə olmaması  və yerli həkimlərin xəstələri qarşısında məsuliyyətlərinin  az olması ilə  əlaqələndirir.

Azər Mehdiyev:

Təbii ki burda bir neçə səbəb mühüm rol oynayır.Əvvəla Azərbaycanda  müalicə xərclərinin çox baha olması insanları nisbətən ucuz müalicə yerlərinə getməyə məcbur eləyir. Azərbaycanda müalicə xərcləri elə bahadır ki, insanlar Türkiyəyə və yaxud İrana gedərək  müalicəyə daha ucuz başa gəlir nəinki Azərbaycanda müalicə xərcləri. Daha bir amil Azərbaycanda olan mütəxəsislərə inam səviyyəsinin aşağı olması ilə bağlıdır.

Ölkədə müalicənin nə dərəcədə doğru aparıldığını yoxlayan heç bir hüquq müdafiə sisteminin olmadığını bildirən ekspert tibbi sığortanın tətbiq olunacağı halda səhiyyə sistemində bir çox yeniliklərin əldə ediləcəyini düşünür.

Azər Mehdiyev:

Ümumiyyətlə Azərbaycanda səhiyyə sistemində ciddi islahatlara ehtiyyac var. Bu həm səhiyyənin təşkili ilə bağlı,həm səhiyyənin maliyələşdirilməsi ilə bağlı bir məsələ öz əksini tapır. Səhiyyənin maliyyələşdirilməsi ilə bağlı belə deyək ki, bugünki gündə əsas xərclər dövlət büdcəsindən xərclənən vəsait hələ də gedib ünvanına çatmır. Xüsusilə dövlət büdcəsindən ayrılan vəsaitlərlə əhalinin faydalanma imkanları yox dərəcəsindədir. Bu da onun ünvanlığının təmin edilməməsi ilə bağlıdır. Bunun üçün də tibbi sığortanın tətbiqinə ehtiyac var.

Qeyd edək ki, hazırda Milli Məclisdə “Pasiyentin hüquqları haqqında” qanun layihəsi müzakirə edilir. Sözü gedən layihə qəbul edilərsə  xəstəyə düzgün diaqnoz qoya bilməyən həkimlər cinayət məsuliyyətinə cəlb olunacaq. Radiomuza verdiyi  müsahibəsində millət vəkilli Musa Quliyev qanun layihəsinin qəbulu üçün  əvvəlcə Azərbaycanda icbari sığortanın tətbiq edilməsinin lazım olduğunu deyir.

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.