Cəmiyyət

Şamaxı sakinlərinin pir inancları

Amma övladının xəstə doğulması onun ömrünün altı ilinin xəstəxanalarda keçməsinə səbəb olub. Övladının sağalması üçün pirə nəzir edib.  Dediyinə görə,  nəziri həyata keçib.

Şura xala:

– Çıxdım ağlaya-ağlaya dedim, ay Şixeyib (Şıx Eyyub-müəllif) baba, bu qız yaxşı olsun, üstünə gətirərəm. Birdə gördüm yaxşı olub sestralar (tibb bacıları-müəllif.) çağırır məni ki, bəs uşaq yaxşılaşıb, gəl.

Şamaxıdakı "Sofu Baba" piri

Şamaxı  pirlərindən danışan Şura xala burda yaşayan insanların pirlərə çox inandığını deyir. .

Biz də həmin pirlərdən birini ziyarət etməyi qərara alırıq. Yola çıxırıq. Pirə doğru uzanan nə vaxtsa asfalt çəkilmiş, hazırda  dağılmış yollar geridə qaldıqca, ünvana bir addım daha yaxınlaşırıq.

Yol yoxuşlu olduğuna görə,  maşınla gedə bilmirik.  Bundan sonrakı iki km yolu piyada getməli oluruq. Bir az əvvəl bizi yandıran günəşdən  əsər-əlamət yoxdur. Mənzilə çatanda, orda  ziyarətçiləri  görürük.  Onlarla  söhbətləşirik.

  Ziyarətçi kişi:

– Allah bu yolda insanlara mərhəmət verməsəydi, insanlar o yolu getməzdilər. Çox adam deyir bu təsadüf oldu, amma təsadüf bir olar, yüz olar, min olar. İnsanlar bu yolda itirə-itirə gəlirlər.

 Pirin nəzarətçisi deyir ki, bura gələn hər kəsin diləyi yerinə yetir. Bundan sonra isə həmin adamlar yenidən gəlir, nəzir verir, qurban kəsirlər.

"Abdulkərim" pirinin nəzarətçisi Siyarə xala

– Gəlir xəstə şəfa tapıb gedir. Gedir bir aya, bir  ilə özü ilə gətirib qurbanını kəsir gedir.

Şamaxı məscidinin axundu  Elşən bildirir ki, pirlərin tarixi orta əsrlərə gedib çıxır. Bu,  həmin dövrdə yayılan sufizimlə bağlıdır. Axund onu da əlavə edir ki, inam pirlərə yox, allahadır. Pirlər isə allahla ünsiyyət üçün bir vasitədir.

Axund Elşən:

– İslamda pirə inam yoxdur, belə ideologiya yoxdur. Quranda Madə Surəsi 35 və ya 34-cü ayədir. Həmin ayədə alah-tala buyurub ki, Siz dua etdikdə, siz istədikdə, o duanı istəyi edin vasitə ilə.  Başqa bir ayədə buyurur ki,  yəni siz istəyəndə istəyin gözəl adlar vasitəsi ilə.

 Müsəlmanların müqəddəs kitabı sayılan “Quran”da da  bu məsələyə toxunulub. Ziyarətimizi başa vururuq. Qayıtmağı düşünürük ki, gözlənilməz yağış bizi haqlayır. Yerli sakinlərin dediklərinə görə,  Şamaxıya uzunmüddətli yağış nadir hallarda yağır.

Geri qayıdarkən hava şəraitinin pis olmasına baxmayaraq, ziyarətçiləri görürük. Bu zaman sürücümüz deyir ki, belə hava şəraitində bura gəlmək risklidir. Bəzən yollarda yaranan keçilməz palçığa görə ziyarətçilər günlərlə burada qalmalı olurlar. Amma bu çətinlik də onları qorxutmur.

İnanca görə "Abdulkərim" pirinin yaxınlığında yerləşən bu daşın oyuğundan keçən ziyarətçinin niyyəti təmizdir

Ziyarətçi qadın :

– Pir kəraməti ilə tanınır da. İnsanlar gəlir o kəraməti görür biri-birinə ümid yeri kimi gəlirlər. Göydə allah, allah qullarına da verdiyi kəramət. İnam insan üçün rahatlıq gətirən bir şeydi. İnamı olan insan  xoşbəxt insandır.

 

 

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.