Sosial, ZZ-Manşet

Sana şəhəri bombalandı

bombaSəudiyyə Ərəbistanı başda olmaqla koalisiyanın hərbi aviasiyası ötən gecə Yəmən paytaxtı Sana şəhərinə havadan yenidən bomba zərbəsi endirib.

GSR.fm Anspress-ə istinadən xəbər verir ki, Sana şəhərini ələ keçirmiş husi üsyançılarına qarşı 11 gündür davam edən hərbi əməliyyat növbəti bombardmanla yadda qalıb.

Rusiya və Qırmızı Xaçın şəhərə dava-dərman və humanitar yardımın çatdırılmasına şərait yaratmaq üçün hərbi əməliyyatlara fasilə vermək çağırışlarına baxmayaraq, Səudiyyə Ərəbistanı hava reydlərini davam etdirib.

Hava zərbələri eləcə də Yəmənin Səudiyyə Ərəbistanla həmsərhəd rayonlarına da endirilib. Ölkənin şərqində yerləşən Mukalla liman şəhərində yerli tayfaların silahlıları ilə hərbçilər arasında toqquşma baş verib. Yerli əhalinin sözlərinə görə, 2 hərbi qulluqçu öldürülüb.

Öncəki xəbərNövbəti xəbər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.