Magazine, Xəbərlər, ZZ-Manşet

“Sarı gəlin” layihəsinin təqdimatı olub

NDA_9089

27 Oktybar tarixdə Milli Akademik Dram Teatrında Azərbaycan musiqinin qədim incisi, xalq mahnısı “Sarı gəlin” mahnısının tarixi faktlar əsasında səhnələşdirilən tamaşasının təqdimatı oldu.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları, dövlət rəsmiləri və digər qonaqlar iştirak edirdilər 3 Hissədən ibarət layihənin 1-ci bölümündə qonaqlar  teatrın foyesində qurulan “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış oldular. Sərgidə qonaqlar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi tərəfindən layihədə sərgilənmək üçün təqdim edilən qədim musiqi alətləri olan cəng, çəqanə, rud və s, eyni zamanda Bakı Milli Geyim Evi tərəfindən hazırlanan qədim və milli geyimlərlə tanış olub, milli ornamentli xalçalara baxış keçirib, milli və tətbiqi sənət məhsulları ilə tanış oldular.

Daha sonra teatrın zalında “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanan videomaterialın təqdimatı keçirildi. Video materialda “Sarı gəlin” layihəsinin elmi rəhbəri,  AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində  nümayiş olundu.

Filmdən sonra isə, “Sarı gəlin” tamaşası tamaşaçılara təqdim olundu. Gənclər və idman nazirliyi tərəfindən təqdim olunan layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin onlar tərəfindən  qorunub saxlanması və təbliğ edilməsidir. 150 nəfərə yaxın tələbə və aktyorun iştirakı ilə hazırlanan “Sarı gəlin” tamaşasının rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur.

“Sarı gəlin” mahnısı oğuz igidlərindən biri olan Xaqan  adllı gəncin Flavian adlı (Flavian sözünün yunancadan tərcüməsi “sarı” deməkdir. Adın Azərbaycan versiyası Saradır)  yunan gözəlinə olan sevgisindən yaranan bir eşq naləsidir. Flavianın atası, qızını siyasətin qurbanına çevirərək, Lakabos adlı yunan sərkərdəsinə ərə vermək istəyir. Bundan xəbər tutan Xaqan qızı qaçırır. Az sonra, Xaqan toy rüxsəti almaq üçün Qazan xanın yanına gedir. Bundan istifadə edən Lakabos Flaviana sahib çıxmağa çalışır. Öz təmiz sevgisini ləkədən qorumaq üçün, Flavian özünü Arpa çayına atır və elə bu hadisədən də, Azərbaycan musiqisinin daha bir incisi “Apardı sellər Saranı” mahnısı yaranır.

Öncəki xəbərNövbəti xəbər