Cəmiyyət

Satıcısı da, alıcısı da narazı yarmarkalar

Mübariz Əsgərov:

Gəlmişəm bura əlacım yoxdur. Bu qədər məhsulu gətirib satmaq da lazımdır.

Alıcılar bazarın vəziyyətini belə təsvir edirlər.

Alıcı xanım:

Büdcəsi olana uyğundur, olmayana yox. İstədiyim şeyləri almaq üçün pulum çatmadı. Ən baha məhsul pomidordur.

Seyfər:

Yarmarkaya Masallıdan gətirilmiş göyərtilər.

Götürək keşnişi, 10 qəpikdir həyətdə də 10 qəpiyə satırlar. Fikir versəniz, hamısı köhnə göyərtilərdir.

Sənəm xala:

Bahalıqdır, fərqi hiss etmirəm. Bir xiyar ucuzdur. Elə bil, bizim evin yanında 60 qəpiyədir, burda əlli qəpiyə. Məhsulların keyfiyyəti maqazində necədirsə, burda da elədir.

Sumqayıtda yarmarka Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunur. Qurumun yarmarkadakı nəzarətçisi Kamal Mərdanov deyir ki, məhsullar Saatlı, Sabirabad və Masallıdan gətirilir.

Kamal Mərdanov:

Səhər saat 6-da mən oluram Kolxoz bazarında. Satıcıların özləri də bilirlər ki, ora ilə buranın fərqi olmalıdır. Bura yarmarkadır. Yerli məhsul çıxandan sonra mən fikir verirəm də, bizim millət xarici məhsulu almır. Öz məhsulumuza üstünlük verirlər.

İqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, fermerlər qiymətin təyin edilməsində azad olmalıdırlar.

Samir Əliyev:

İcra hakimiyyətləri tərəfindən süni surətdə yarmarkalar təşkil olunur. Qiymətlər fermerlərə diqtə olunur. Bu da onlara sərf etmir, fermerlər bazarı tərk edirlər və onların yerini möhtəkirlər tutur.

Sumqayıt şəhər İcra Hakimiyyətinin İstehsal və Xidmət Sahələri bölməsinin baş məsləhətçisi Rüfət Məmmədov deyir ki, yarmarkalarda xarici məhsul yoxdur.

Satıcılar ətin üstünü yarmarkada olduqları üçün açıq saxladıqlarını deyirlər.

Rüfət Məmmədov:

Mallarını rayonlardan gətirənlər özləri orada bazar qiymətlərindən aşağı satırlar. Bazarda bir malın qiyməti 50 qəpikdirsə, bunlar satırlar tutaq ki, 30 qəpiyə, 25 qəpiyə. Xaricdən bu dəqiqə heç bir meyvə-zad gətirilmir.

Kənd Təsərrüfatı Nazirliyinin Plan-İqtisadiyyat Şöbəsinin əməkdaşı Rafiq Məcidov qurumun Sumqayıtda keçirilən yarmarkaya nəzarət etmədiyini söyləyir.

 

Rafiq Məcidov:

Qiymətlərin monitorinqi keçirilir bazarlarda. Hər həftənin beşinci günü. Onların səviyyəsinə uyğun olaraq, 20-30% yarmarkalarda qiymətlər daha ucuz müəyyən olunur. Nazirlik Sumqayıtda yarmarka keçirmir. Biz, əsasən, Bakı şəhərində təşkil edirik. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir, bizim tərəfimizdən ora nəzarət olunmur.

Azərbaycan Respublikası ərazisində yarmarkalar  2006-cı ilin iyun ayının 20-dən etibarən keçirilir. Bölgələrdə isə onun təşkilini İcra Hakimiyyətlərinin müvafiq şöbələri həyata keçirir.

 

Öncəki xəbərNövbəti xəbər

2 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.