Podkastlar

Səfalət içində ölən milyonçu xanım

“…Səhər teatrda məşqimiz var idi. Məşq zamanı Ərəblinskaya familiyalı bir müsəlman qadını səhnəyə gəldi. Bizlə tanış olub dedi ki, sizin oyunlarla çox maraqlanıram. Ancaq söhbətin çoxunu Hüseynlə edirdi. O, məşqə və bütün tamaşalara gəlirdi. Bir dəfə o bizə və Hüseynə gül gətirdi. Hüseyn ona dedi: “Siz teatr ilə maraqlanırsınız? Gəlin səhnəyə. Mən burada sizin üçün bir həvəskarlar dərnəyi düzəldərəm. Burda cavan uşaqlardan qüvvətli həvəskarlar var. Siz də onlar ilə bir yerdə oynayarsınız. Mən də hərdən Bakıdan gəlib sizi ziyarət edərəm”. Qadın cavab verdi ki, mən teatr ilə maraqlanıram. Çox da istərdim teatrda iştirak edim. Ancaq onu bilin ki, bu mənim üçün çox çətin olar. Məni öldürərlər. Mən teatra və sizin yanınıza gəlməyə qorxuram. Xəlvət gəlirəm. Ancaq siz Dərbəndə tez-tez gəlin. Bakıya yolum düşsə, mən sizin teatra gəlib sizinlə görüşərəm” – bu xatirə aktyor Murad Muradova aiddir. Hadisə 1906-ci ildə Dərbənddə “Müsibəti Fəxrəddin” tamaşasının səhnəarxasında baş verib. Hər yerdə olan lakin adı çəkilməyən qadın isə Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı Sona xanım Tağıyeva-Ərəblinskayadır. Onun haqqında elə həmin səfərdə baş verən digər bir xatirə isə Cəfər Cəfərovun “Azərbaycan Dram Teatrı Tarixi” kitabında qələmə alınıb: “Bu qadın biz gedən günü gəlib bizi ötürdü. Vaqonda gələndə Hüseyn çox bikef və fikirli deyirdi: “O qadın heç mənim yadımdan çıxmayır.  Nə olardı, o mənə “partnyorşa” olaydı. O mənə gül verdi və dedi ki, bu gül solacaq, yenə də məndən sizə qoy yadigar olsun. Mən də onu yadigar saxlamaq istəyirəm. Onun soyadı Ərəblinskayadır, bu gündən mənim də təxəllüsüm “Ərəblinski” oldu”.

Sona xanım Tağıyeva, Sona Ərəblinskaya, yoxsa Sofiya Vladimirovna? Balakişi Ərəblinskinin mükəmməl təhsil görmüş, kübar cəmiyyətin diqqət mərkəzində olan qızı Sona müəmmalı şəkildə özündən 57 yaş böyük milyonçu ilə evləndirilir.

Taleyində qaranlıq qalan məqamlar Sona xanımı tanımağa imkan vermir. O kim idi – maarifpərvər fəaliyyəti ilə Hənifə Zərdabi, Leyla Əsədullayeva, Lidiya Lazareva, Liza Muxtarova kimi xanımlara kömək edərək ölkənin aydın gələcəyi üçün mübarizə aparan ictimai vəkil, yoxsa Bakı küçələrində səfalət içində dünyasını dəyişən bəxtsiz bir qadın?

Bunların hamısı bir adamın simasında cəmlənib, amma onların hamısını bir adamın həyatı kimi yazmaq çətindir. Zeynalabdin Tağıyevlə Sona xanımın münasibətləri haqqında çox şey yazılıb – sevgini tərənnüm etməyən çox şey. Nə Əjdər Ağayev, nə Murad Muradov, nə Manaf Süleymanov, nə də Tağıyev irsini araşdıran müəlliflər 73 yaşlı messenatın 16 yaşlı xanımla evlənməsinə “sevgi” adı qoyaraq saxtakarlığa yol verməyib. Amma Tağıyevin bütün imkanları və söz-söhbəti gözə alıb, bu nikahı reallaşdırmasına başqa ad qoymaq da mümkün deyil. Onun böyük oğlu İsmayıl bu nikaha etiraz olaraq, Sona xanımın böyük bacısı Nurcahan xanımı boşayır, amma heç nə qoca milyonçunu fikrindən döndərmir. Tağıyevlə evlənmək Sona xanımı məqsədlərinə nə qədər yaxınlaşdırsa da, bəllidir ki, bir o qədər də qaranlığa salmışdı. Bunu onun maddi dəstək verdiyi insanlarla olan söhbətləri də sübut edir. Xüsusilə də Tağıyevin ona görə dəfələrlə yaxın adamlarını döydürməsi, həbs etdirməsi faktı da çox şeydən xəbər verir.podcast--icheri-shekil

Sona xanım müəmmalı həyatı olan səxavətli milyonçu ilə evlilikdən maksimum yararlanmış və minlərlə gəncə təhsil verilməsinə nail olmuşdu. Təşəbbüskarı olduğu Aleksandriysk məktəbinin Qəyyumluq Şurasının dəyişməz üzvü kimi gördüyü işlər bir yana, o həm də mükəmməl lider idi. Evində keçirdiyi hər yığıncağın sonunda rəngli lentlər paylayan Sona xanım hər lent əvəzində zadəgan qonaqlardan ianə toplayır və bunu oxumaq imkanı olmayanların təhsilinə sərf edirdi. Ziyalı və sevimli gənc qadınının işindən ürəklənən Tağıyev bir an belə düşünmədən teatrların bərpası, tamaşaların hazırlanması, məktəblərin açılması, tələbələrin xaricdə təhsil alması, qəzetlərin nəşri üçün külli miqdarda pullar xərcləyirdi. Onların əlinin əməyi və zəhməti hesabına aydınlanan insanlar cümhuriyyətin və sonrakı dövrün maarifpərvər ziyalıları, liderləri olur. Qızlar məktəbi üçün Hənifə xanım Zərdabi ilə birgə yorulmadan çalışan Sona xanıma ən böyük dəstəyi də Hacı verir. O, müsəlman qızlar məktəbinin inşası üçün 184 min pul xərcləyir və Sona xanım Hənifə xanımın bu məktəbin müdiri olmasına nail olur.

“Evlilikləri boyunca Hacıya beş övlad verən Sona xanım onu sadiqliyinə niyə inandıra bilməmişdi?” sualı üçün kifayət qədər səbəb var. Zərif, anlayışlı, ziyalı və gənc xanımından keçə bilməyən Hacının qulağı söz-söhbətdən, şayiədən dincəlmirdi. O kimisə döydürmək, qaçırmaq, hədələmək üstündə bir neçə dəfə müxtəlif cəzalara tuş gəlmişdi. Ssenarist Füzuli Sabiroğlunun Ərəblinski ilə bağlı apardığı araşdırmalar aktyorla Sona xanım arasındakı münasibətin bardaqdakı son damla olduğunu göstərir. Ssenaristin araşdırması 1906-cı ildə Dərbənddə başlayan macəranın 1919-cu ilə kimi davam etdiyini göstərən bir çox faktı aydınlaşdırır. Ərəblinskinin evini ziyarət etmiş ssenarist onu da iddia edir ki, aktyorun ölümü Sarabskinin xatirələrində qeyd etdiyi kimi mülk üstündə ola bilməz. Üstəlik dövrün aktyorları Ərəblinski soyadının bir xanımın şərəfinə götürüldüyünü təsdiqləsə də, xanımın kimliyi haqqında heç nə paylaşmayıblar. Ərəblinski soyadını isə Dərbənddə yalnız iki xanım daşıyıb, həmin vaxt Dərbənddə olan Sona xanım və ərindən boşandıqdan sonra başqa bir şəhərə köçən Nurcahan xanım. Beləcə, bütün detallar tamaşalarda Hüseyn bəyə gül göndərən və Xələfov soyadını Ərəblinski ilə əvəz etdirən xanımın Sona xanım olduğunu göstərir. Bu faktı təsdiq edən ilk mənbə Sona xanımın qardaşı oğlu Həmzəlov Ərəblinskinin xatirələridir: “…Sonanı isə həm də məşhur aktyor Hüseyn Ərəblinski dəlicəsinə sevirmiş. Elə Ərəblinsiki soyadını da Sonaya olan sevgisinə görə götürübmüş. Və ömrünün sonunacan bu soyadı daşıyıb”. İkinci mənbə isə Ərəblinskinin nəticəsi Andrey Vladimiroviç Ərəblinskinin “Azerros” qəzetinə verdiyi müsahibədə səslənir: Ailədaxili söhbətlərdən mənə məlumdur ki, bir aktyor Sona xanıma vurulubmuş və onun şərəfinə Ərəblinski soyadını özünə təxəllüs götürüb”.

1919-cu ildə görkəmli və istedadlı aktyor Hüseyn Ərəblinski müəmmalı şəkildə öldürülür və bu ölümdə şübhəlilərdən biri də Tağıyev olur. Çünki Ərəblinskinin Sona xanıma olan məhəbbəti dillər əzbəri olmuşdu və o, Ərəblinskilərlə qan bağı olmadan bu soyadı daşıyan yeganə adam idi. Haqqındakı xatirələrdən və araşdırmalardan da məlum olur ki, incəsənətə və teatra hədsiz qayğı göstərən və bu sahəyə xüsusi marağı olan Sona xanımın yolunu Tağıyevin xəyanət səksəkəsi kəsirdi.

Görkəmli jurnalist Azad Şərif də Ərəblinski ilə bağlı araşdırmasında Sarabskinin gəlini Püstə xanımın xatirələrində qalan və daim Ərəblinskinin qarşısına çıxan müəmmalı qadından bəhs edir. Püstə xanım ehtimal ki, ərindən eşitdiyi bir xatirəni belə paylaşıb: “Bir dəfə rejissor Mehdi Məmmədovun yanında Ərəblinskinin qətli ilə bağlı söhbət açılıb. Rejissor mülahizələri dinlədikdən sonra deyib: “Qadını axtarın!” və müəmmalı şəkildə susub”.

1919-cu ildən sonra təkcə Sona xanımın yox, elə Tağıyevin də həyatı qaranlığa qərq olur. Övladları pərən-pərən olan, mal-mülkü istismar olunan Tağıyev 1924-cü ildə Mərdəkandakı bağında dünyasını dəyişir. Onun yas mərasiminin ərzağını isə Bakı kəndlərinin əhalisi təmin edir. Bir müddət tanışlarının­­ hesabına dolanan Sona xanım sonralar dilənməyə başlayır. General qızı, milyonçu xanımı, beş uşaq anası, maarifpərvər ziyalı Sona xanım Tağıyeva 1938-ci ildə Bakı küçələrindən birində dünyasını dəyişir.

Öncəki xəbərNövbəti xəbər

22 şərh

  1. Geri izləmə: vagragenericaar.org
  2. I just want to mention I am newbie to blogs and really savored you’re website. Almost certainly I’m want to bookmark your site . You absolutely come with very good writings. Appreciate it for revealing your blog.

  3. Geri izləmə: ciprofloxacin uk
  4. Geri izləmə: generic ventolin
  5. Pretty section of content. I just stumbled upon your site and in accession capital to assert that I get actually enjoyed account your blog posts. Any way I’ll be subscribing to your feeds and even I achievement you access consistently fast.

  6. It is appropriate time to make some plans for the future and it is time to be happy. I have read this post and if I could I want to suggest you few interesting things or advice. Perhaps you can write next articles referring to this article. I wish to read even more things about it!

  7. What i don’t understood is in reality how you’re now not actually much more neatly-preferred than you might be right now. You are very intelligent. You understand thus significantly in the case of this subject, produced me in my opinion imagine it from so many varied angles. Its like women and men are not fascinated unless it is something to do with Woman gaga! Your own stuffs excellent. At all times care for it up!

  8. What’s Happening i am new to this, I stumbled upon this I have found It positively helpful and it has helped me out loads. I hope to contribute & help other users like its aided me. Good job.

  9. Having read this I believed it was rather enlightening. I appreciate you taking the time and energy to put this article together. I once again find myself personally spending a significant amount of time both reading and posting comments. But so what, it was still worthwhile!

  10. Great beat ! I would like to apprentice while you amend your site, how could i subscribe for a blog web site? The account helped me a acceptable deal. I had been a little bit acquainted of this your broadcast offered bright clear idea

  11. Pretty section of content. I just stumbled upon your weblog and in accession capital to assert that I acquire in fact enjoyed account your blog posts. Any way I’ll be subscribing to your feeds and even I achievement you access consistently rapidly.

  12. I would like to thank you for the efforts you’ve put in penning this blog. I’m hoping to see the same high-grade blog posts by you later on as well. In truth, your creative writing abilities has encouraged me to get my own website now 😉

  13. Hey there are using WordPress for your site platform? I’m new to the blog world but I’m trying to get started and set up my own. Do you require any coding knowledge to make your own blog? Any help would be greatly appreciated!

  14. I’m truly enjoying the design and layout of your site. It’s a very easy on the eyes which makes it much more enjoyable for me to come here and visit more often. Did you hire out a designer to create your theme? Outstanding work!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.