Regionlar Danışır

Şəki xanlarının yay sarayı

Şəkinin planlaşdırılmasının spesifik xüsusiyyətlərini ayırd etmək üçün şəhər küçələrinin ümumi konstruksiyası və Şəki arxitekturası incələnməlidir. Şəkidə küçələrin tikilməsi qısa bir müddətdə, həm də planlı bir şəkildə həyata keçirilib. Şəhərin tarixi abidələr yerləşən küçələrinin içində birinci yerdə əsas küçə olan Şəki küçəsi durur. Memarlıq abidələrindən Şəki xan sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi məbəd, Zəyzit məbədi, Kiş alban məbədi, Şəki Karvan sarayı mühafizə olunur.

Tarixi abidələrdən biri təpənin üstündə ucaldılan, daşdan tikilmə Şəki qalasıdır. Qalanın Şirvan və Gəncə adlı iki darvazası var. Burda minlərlə ev, yeddi məscid, onların arasında Mirzə Əli məscidi, həmçinin bir neçə karvansaray-mehmanxanası, hamamı və balaca bazarı vardır.

Şəkixanovların evi və ya Şəkixanovlar sarayı-Şəkinin qoruq ərazisində yerləşir və Azərbaycan memarlığının ən unikal abidələrindən biri sayılır. Şəkixanovlar evi xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır. Ev iki mərtəbədən ibarətdir, hər bir mərtəbədə üç otaq və iki balaca dəhliz var. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada “buxarılar” yerləşdirilib. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub. Şəkixanovlar evi iki mərtəbədən ibarətdir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada “buxarılar” yerləşdirilib. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub.

İkinci mərtəbənin əsas gözəlliyini eninə yerləşən buxarı təşkil edir. Buxarı şəkillərlə bəzənib. Buxarının yanlarından divara düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycan şairi Nizaminin “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzədilib və üstü sadə bəzəkli stalaktitlə örtülüb. Baş divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli “şəbəkə” ilə işlənib.

Öncəki xəbərNövbəti xəbər