Reportaj, ZZ-Manşet

Şəkidə bir ev var – “Sənətkarlar evi” - Reportaj

Şəki Qalasında yerləşən “Sənətkarlar evi” 1895 – ci  ildə tikilib və 1963 – cü ilə kimi həbsxana olub. Sonralar isə bir müddət musiqi məktəbi kimi fəaliyyət göstərib. Musiqi məktəbi isə daha sonra 2 saylı məktəbə çevrilir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi bu sahədə də tarixi – mədəni, arxitektura irsinin bərpası işlərinə diqqət yetirilməyə başlanıb. Bina bərpa olunaraq  2006 – cı ildən “Sənətkarlar evi” kimi fəaliyyət göstərir.

1

12

Bu “ev”də təkəlduz, şəbəkə ustaları, rəssam, dekorativ tədbiqi sənətlə məşğul olanlar və digər əl işləri hazırlayanlar toplaşıb. Bu sənətlərin əksəriyyətinin yüz illərlə yaşı var. Bura daxil olduqda sənətkarlar diyarına düşdüyünü zənn edirsən. Çox maraqlı əl işləri var. Məsələn  Rəhman adlı əlil təkəlduz ustası. Onun əl işlərini və işi barəsində naliyyətləri barəsində ayrıca mövzu hazırlanacaq.

Burada çalışan ustalardan biri Vəfa Mustafayeva 13  ildir sənətlə məşğuldur və bugünə qədər fərqli nailiyyətləri olub.

5

6

Təkəlduz ustası Səkinə xanımın işləri də çox maraqlı və xırda incəliklərlə işlənib.

9

Dekorativ tədbiqi sənəti ilə məşğul olan rəssam Kərimov Elxan deyir ki, uşaqlıqdan fərqli əşyalar yaratmağı sevib, ama professional fəaliyətə 5 ildir başlayıb. İşi çox böyük əziyyət, diqqət və vaxt tələb edir.

19

20

31

“Sənətkarlar ev”ində çalışan şəbəkə ustası Soltan İsmayılov Rəssamlar Ittifaqinin üzvüdür. Bir neçə festivallarda iştirak edib. 30 ildir bu sənətlə məşğuldur. Əmək fəaliyyəti dövründə yaradılan sənət nümunələrinin yerləşdiyi məkanlar: 1980 – 2000 – ci illər “Şəki Xanlarının Evi”, Şəki R.B. Əfəndiyev adına tarix-diyarşunaslıq muzeyi, Qax rayonu İlisu məscidi, Əmircan məscidi, Yuxarı Karvansaray, Qəbələ rayonu İ.B.Qutqaşınlının ev muzeyi, Ziyalılar evi və s.

36
38

Hazırladı: Polad Rəsulzadə

Öncəki xəbərNövbəti xəbər

1 şərh

  1. Geri izləmə: vagragenericaar.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.