Reportaj, ZZ-Manşet

Şəkidə yerləşən tarixi yol - Reportaj

Sizə yazmaq istəyirəm Şəkinin köhnə yollarından biri  və yolun üstündə yerləşən bir bulaq haqqında. Bu yol Qala Kompleksinin yanındadır. Bəzən mənə elə gəlir ki, bu yol  çox tarixi bir yoldur. Bu yol həm də çayın ətrafından keçir. Bura həm də dərə yolu da adlandırılır.  Həmçinin, bu yolun köməyi ilə Xan Yaylğına qalxmaq olur. Yerli camaatın bu yol haqqında məlumatı var, amma xarici və yerli qonaqların bu yol haqqında elə də məlumatı yoxdur. Əslində Şəkinin elə məhlələri var ki, orda tarix var.

Bu yolun üstündə bir bulaq yerləşir. Bu bulaq qabaqlar yer altından çıxırdı (ətraflı məlumat hələ də yoxdur). Bu bulağa 1930-cu illərdə kran qoyublar. Bu bulaqdan gələn suyun deyilənə görə, böyrəyə və dişlərə xeyri var. Həm də bu bulağın bir xüsusiyyəti də var ki, yayda soyuq olur, amma qışda içməli temperturda olur.

İstəyərdim ki, bu tip ərazilərdən qonaqlarında xəbəri olsun.


Hazırladı: Polad Rəsulzadə

Öncəki xəbərNövbəti xəbər